Avropa Şurasının Büro iclasında Ermənistan tərəfindən işğal olunmuş Sərsəng su anbarına dair qətnamə layihəsinə baxılacaq
Bakı – APA. Sentyabrın 2-də Avropa Şurasının Büro iclasında 18 Avropa ölkəsini təmsil edən 45 deputatın imzası ilə Ermənistan tərəfindən işğal olunmuş Sərsəng su anbarına dair qətnamə layihəsinə baxılacaq.
APA-nın məlumatına görə, bununla əlaqədar, AVCİYA prezidenti, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvü Elxan Süleymanov AŞPA prezidenti Jan Klod Minyon, AŞPA baş katibi Voyçex Saviski (Woyciech Sawicki) və AŞPA Büro üzvlərinə məktub ünvanlayıb.
Elxan Süleymanov: “ATƏT PA prezident seçkilərini izləmək üçün Azərbaycana müşahidə missiyası göndərəcək”
Bakı-APA. “ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün 30 nəfərdən ibarət uzunmüddətli müşahidə missiyası formalaşdırıb. Müşahidə missiyasına kimin rəhbərlik edəcəyi də artıq məlumdur”. Bu açıqlamanı APA-ya Azərbaycanın AVRONEST Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov verib.
“Erməni tərəfi su anbarından birgə istifadə kimi hiyləgər ideya ortaya atıb”
Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası (AVCİYA) Ermənistanın işğalı altında qalan Sərsəng su anbarı ilə bağlı layihə həyata keçirir. Mövzu ətrafında maraq doğuran sualları AVCİYA-nın prezidenti, millət vəkili və adı çəkilən layihənin rəhbəri Elxan Süleymanov cavablandırır.
“Erməni tərəfi su anbarından birgə istifadə kimi hiyləgər ideya ortaya atıb”
Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası (AVCİYA) Ermənistanın işğalı altında qalan Sərsəng su anbarı ilə bağlı layihə həyata keçirir. Mövzu ətrafında maraq doğuran sualları AVCİYA-nın prezidenti, millət vəkili və adı çəkilən layihənin rəhbəri Elxan Süleymanov cavablandırır.
Elxan Süleymanov: “Sərsəng su anbarındakı vəziyyətlə bağlı Tərtərdə beynəlxalq konfrans keçiriləcək”
Şamaxının millət vəkili Elxan Süleymanovun dəstəyi ilə rayonun Bağırlı kəndinə su xətti çəkilib
Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və maliyyə dəstəyi ilə rayonun Bağırlı kəndində sayca 6-cı olan “Sabir bulağı”-nın açılışı həyata keçirilib. Çoxsaylı kənd sakinlərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan millət vəkili Elxan Süleymanov Bağırlı kəndində çəkilən su xətti, eləcə də Şamaxıda həyata keçirilən digər layihələr barəsində kənd sakinlərinə ətraflı məlumat verib. Görüşdə kənd sakinlərinin qaldırdığı problemlərin həllinə diqqətlə yanaşdığını deyən millət vəkili məsələnin həlli ilə bağlı müvafiq instansiyalara müraciətlər göndəriləcəyini qeyd edib.
Elxan Süleymanov: “Avropa Parlamentinin Azərbaycandakı prezident seçkilərinə rəsmi müşahidə missiyası göndərməsi nəzərdə tutulmayıb” – MÜSAHİBƏ
Millət vəkili: “Azərbaycana seçki müşahidə missiyası göndərməmək qərarını Avroparlamentin Prezidentlər Konfransı və Koordinasiya qrupu verib”
“Azərbaycan oktyabrda keçiriləcək prezident seçkilərini izləmək üçün müşahidə missiyası göndərilməsi məqsədilə bu ilin may ayında Avropa Parlamentinə dəvət məktubu göndərib”. Bunu APA-ya açıqlamasında Avronest Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Elxan Süleymanov deyib. O bildirib ki, Avropa Parlamentinin Prezidentlər Konfransı, Demokratiyaya dəstək və seçki koordinasiya qrupu bu ilin 4 iyulunda keçirilən iclasında 2013-cü ilin ikinci yarısında keçiriləcək seçkiləri müzakirə edib və bir sıra ölkələrə seçki müşahidə missiyası göndəriləcəyinə dair qərar verib: “ Prezidentlər Konfransının təqdim etdiyi seçki keçiriləcək ölkələr siyahısından 4 ölkə seçilib və yalnız bu ölkələrə rəsmi seçki müşahidə missiyası göndəriləcəyinə dair qərar qəbul edilib.
Avropa Parlamenti Azərbaycanı seçki müşahidə missiyalarının tələb olunduğu ölkələr siyahısından çıxarıb
“Avropa Parlamentinin Azərbaycanı seçki müşahidə missiyalarının tələb olunduğu ölkələr siyahısından çıxarması Azərbaycanın müstəqillik tarixində mühüm məqamdır”.