ATƏT PA Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidə missiyası göndərir

ATƏT Parlament Assambleyası 9 oktyabrda Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidə missiyası göndərəcək. Bu barədə məlumatı AZADİNFORM-a Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov verib.

(more…)

Elxan Süleymanov: “Qarabağı jurnalistlər azad edə bilər”

Bu gün Tərtərdə Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası (AVCİYA) təşkilatçılığı ilə həyata keçirilən “Sərsəng – hümanitar faciənin qarşısının alınması” layihəsi çərçivəsində “SOS Sərsəng” adlı beynəlxalq konfrans keçirilib. 

Publika.Az-ın Tərtərə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, tədbirdə AVCİYA-nın prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanov, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Səfərov, Fövqaladə Hallar Nazirliyinin (FHN) İdarə rəisi Tariel Hüseynov, Azərbaycan-Finlandiya Parlamentlərarası Dostluq Qrupunun sədri, Finlandiya Parlamentinin üzvü Eoro Lehti, Rusiyadan olan siyasi ekspert Sergey Markov, Yunanıstan Parlamentinin keçmiş üzvü Spiridon Kuvelis, Almaniya Bundestaqının keçmiş üzvü Haqqı Kəskin, 10-a xarici KİV təmsilçisi və digər şəxslər iştirak ediblər. 

(more…)

Deputat Elxan Süleymanov Şamaxıdan olan tələbələri mükafatlandırıb

 Milli Məclisin deputatı Elxan Süleymanov Şamaxıdakı qərargahında rayon tam orta məktəblərinin yüksək balla ali təhsil müəssisələrinə daxil olmuş tələbələr ilə görüşüb.

SalamNews-un məlumatına görə, o, tələbə adını qazanmış gəncləri təbrik edib, onlara tövsiyyələrini verib.

Görüşdə M.Ə.Sabirn yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsinin qalibləri və son iki ildə yüksək balla ali təhsil müəssiələrinə qəbul olmuş tələbələr iştirak ediblər. M.Ə.Sabirn yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsinin məqsədi yeniyetmə və gənclər arasında dahi şairin yaradıcılığının təbliği, görkəmli şairin yaradıcılığının tədris prosesində təbliğinə metodiki dəstək vermək, tədris prosesində fəal şagird və tələbələri üzə çıxarmaqdır.

(more…)

Deputat 7 tələbəyə təqaüd verdi

Deputat Elxan Süleymanov yüksək balla ali təhsil müəssisələrinə daxil olmuş Şamaxı rayon məktəblərinin məzunlarını mükafatlandırıb.

Məzunlarla görüş zamanı millət vəkili tələbə adını qazanmış gəncləri təbrik edib, onlara tövsiyələrini verib.   Qeyd edək ki, Şamaxı tam orta məktəblərinin 7 məzunu 600-dən çox bal toplaya bilib. Bu gənclərdən üçü Şamaxı rayon 5 saylı tam orta məktəbin, ikisi isə Əngəxaran kənd tam orta məktəbinin məzunlarıdır.

(more…)

Beynəlxalq ictimaiyyətin diqqəti Ermənistanın işğalı altında olan Sərsəng su anbarı ətrafında yaranmış təhlükəli vəziyyətə yönəldilir

Sentyabrın 7-də Tərtər şəhərindəki Gənclər Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) hazırladığı “Sərsəng – humanitar faciənin qarşısının alınması” layihəsi üzrə “SOS Sərsəng” adlı beynəlxalq konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, AVCİYA-nın prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanov konfransda çıxış edərək layihənin məqsədindən danışmışdır. Bildirilmişdir ki, 1976-cı ildə inşa edilmiş Sərsəng su anbarının Ermənistanın işğalı altında olduğu 20 ildən artıq müddət ərzində baxımsız qalan texniki qurğuları və avadanlıqları qəzalı vəziyyətə düşmüşdür. Odur ki, su anbarının təbii fəlakət, texniki və yaxud təxribat xarakterli səbəblər üzündən dağılması ehtimalı böyükdür. Layihənin məqsədi dünya ictimaiyyətinin diqqətini ətraf rayonların əhalisi üçün həyati əhəmiyyətə malik Sərsəng su anbarının təhlükəli vəziyyətinə yönəltmək, beynəlxalq təşkilatları Ermənistanı su anbarı və əlaqəli irriqasiya sistemləri üzərindəki nəzarəti beynəlxalq qətnamələrə uyğun olaraq Azərbaycana verməyə məcbur etməkdir.

(more…)

Tərtərdə “SOS Sərsəng” adlı beynəlxalq konfrans baş tutub

Məlumata görə  işğal altında olan torpaqlarımızdakı Sərsəng su anbarı Azərbaycanın nəzarəti altındakı ərazilər üçün ciddi təhlükə mənbəyidir. Beynəlxalq ictimaiyyətin diqqətini bu təhlükəyə yönəltmək məqsədi ilə Tərtər rayonunda “SOS Sərsəng” adlı beynəlxalq konfrans təşkil edilib. 8 xarici ölkədən nümayəndələrin də qatıldığı tərbirdə çıxış edənlər bildiriblər ki, 1976-cı ildə inşa edilən Sərsəng su anbarı artıq 20 ildən çoxdur ki, işğal altındadır.

(more…)

Tərtərdə işğal altındakı Sərsəng su anbarının vəziyyəti ilə bağlı beynəlxalq konfrans keçirilib

Konfransda o da bildirilib ki, erməni tərəfi su anbarından birgə istifadə kimi hiyləgər ideya ortaya atıb və çalışır ki, bunu hər iki tərəfin dinc əhalisini sülhə hazırlama layihəsinin tərkib hissəsi kimi təqdim etsin. Amma faktiki vəziyyət beynəlxalq aləmi də ciddi narahat edir.

Almaniya Bundestaqının sabiq deputatı Haqqı Kəskin bildirib ki, bu problem dünya ictimaiyyətini ciddi narahat edir: “İndi Sərsəng su anbarının hər hansı bir formada qəzaya uğraması və ya hər hansı bir təxribat nəticəsində Azərbaycan xalqının və Azərbaycan torpaqlarının önəmli bir hissəsinin böyük zərərlə üzləşəcəyi qaçılmazdır. Beynəlxalq bir komissiya qurulmalıdır. Bu komissiya Sərsəng su anbarının mövcud vəziyyətini araşdırıb, təhqiq edib dünya ictimaiyyətinə çatdırmalıdır. Bundan sonra bütün zəruri addımlar atılmalıdır”.

Almaniyalı mütəxəssisin sözlərinə görə, hər an təxribat, texnogen və ya təbii fəlakət nəticəsində baş verə biləcək qəza ekoloji böhranla yanaşı, mülki əhalinin kütləvi şəkildə məhv edilməsi və yenidən bölgədə humanitar böhran vəziyyətinin yaranması ehtimalını artırır: “Azərbaycanın təxminən 400 mindən artıq mülki əhalisinin həyatı hazırda Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı təhlükə altındadır. Buna baxmayaraq, Ermənistan tərəfi heç bir beynəlxalq sənədə, qəbul olunmuş qərara məhəl qoymur. Ermənistan BMT-nin, Avropa Birliyinin, Avropa Parlamentinin, Almaniya Parlamentinin qərarlarına məhəl qoymur. Hansı ki, mən Almaniya Bundestaqının millət vəkili olarkən belə bir qərar çıxarılmışdı. Bu vəziyyət heç də qəbuledilən deyil. Buna görə də nə olursa-olsun, Ermənistan tərəfi Azərbaycan torpaqlarını birmənalı şəkildə boşaltmalıdır və o üzdən də indi müzakirə olunan Sərsəng su anbarındakı vəziyyət çox önəmlidir”.

Xatırladaq ki, işğalçı ermənilər qışda suyu Sərsəng su anbarından buraxır və bunun nəticəsində təmas xəttinin yaşayış olan hissəsində torpaqlar su altında qalır, yollar dağılır, sel baş verir. İnsanların və kənd təsərrüfatının suya çox böyük ehtiyac duyduğu yay mövsümündə isə suyun qarşısı kəsilir. Azərbaycanın kənd təsərrüfatına ciddi ziyan vurulur, əkin sahələrinin suvarılmasında problemlər yaranır, yaşıllıqlar quruyaraq məhv olur, torpağın bioloji strukturunda dönməz proseslər baş verir, bölgədə ciddi ekoloji gərginlik yaranır.

“Sərsəng harayı” müsabiqəsi keçirilir

Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyası (AVCİYA) jurnalistləri ayrı-ayrı müəllifləri və müəlliflər kollektivini “Sərsəng harayı” adlı müsabiqədə iştiraka dəvət edir.

SalamNews xəbər verir ki, müsabiqədən əsas məqsəd Kütləvi İnformasiya Vasitələrinin (KİV), ölkə əhalisinin və beynəlxalq ictimaiyyətin diqqətini işğal ounmuş Dağlıq Qarabağ ərazisindəki qəzalı vəziyyətdə olan Sərsəng Su Anbarının Azərbaycan rayonları üçün törətdiyi təhlükəyə cəlb etməkdən, Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsini gündəmdə saxlamaqdan ibarətdir.

Müsabiqənin qalibləri üçün pul mükafatları nəzərədə tutulub: I yer- 1000 manat, II yer- 750 manat, III yer- 500 manat.

(more…)

Tərtərdə “SOS Sərsəng” adlı beynəlxalq konfrans baş tutub

Milli.Az EL TV-yə istinadən xəbər verir ki, işğal altında olan torpaqlarımızdakı Sərsəng su anbarı Azərbaycanın nəzarəti altındakı ərazilər üçün ciddi təhlükə mənbəyidir. Beynəlxalq ictimaiyyətin diqqətini bu təhlükəyə yönəltmək məqsədi ilə Tərtər rayonunda “SOS
Sərsəng” adlı beynəlxalq konfrans təşkil edilib. 8 xarici ölkədən nümayəndələrin də qatıldığı tərbirdə çıxış edənlər bildiriblər ki, 1976-cı ildə inşa edilən Sərsəng su anbarı artıq 20 ildən çoxdur ki, işğal altındadır. 

(more…)

Azərbaycanda prezident seçkilərini hansı beynəlxalq təşkilatlar müşahidə edəcək?

(more…)