Avropa Parlamentinin Prezidenti cənab Martin Şultsa

Avropa Parlamentinin Prezidenti

cənab Martin Şultsa

 

Hörmətli cənab Prezident,

18 fevral 2013-cü il tarixində işğalçı dövlət olan Ermənistanda keçirilmiş prezident seçkiləri Beynəlxalq müşahidə missiyaları, o cümlədən Avropa Parlamenti tərəfindən demokratiya, insan hüquqları və hüququn aliliyi prizmasından “demokratik seçkilər” kimi dəyərləndiriləndən sonra Sizə 02 may 2013-cü il tarixli məktub ünvanlamışdım. Həmin məktubda BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsini pisləyən və işğal altında olan Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsini tələb edən qətnamələrinin olduğunu bir daha diqqətinizə çatdıraraq, işğalçı dövlətdə keçirilən seçkilərin hansı meyarlar əsas götürülməklə demokratik adlandırılması və bir sıra digər suallarımı cavablandırmanızı Sizdən xahiş etmişdim. Lakin, 11.07.2013-cü il tarixli cavab məktubunuz sözün əsl mənasında məndə şok effekti yaratdı. Belə ki, məktubdan açıq-aşkar görünürdü ki,  Sizə göndərdiyim  məktubu şəxsən oxumamısınız və onun məzmunu ilə tanış deyilsiniz. Odur ki, bir daha həmin məktubu oxumağınızı məsləhət görməklə yanaşı aşağıdakıları diqqətinizə çatdırmağı vacib hesab edirəm.

(more…)

ATƏT/DTİHB-nin meydanda tək qalması beynəlxalq təşkilatları təlaşa salır

Seçki prosesi və onun yekunlarına dair bir sıra məsələlərə münasibət bildirmək istəyirəm.

Belə ki, bəzi qüvvələr hələ də Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələrinə kölgə salmağa çalışır və ardıcıl olaraq bu istiqamətdə səylər göstərirlər.

İlk növbədə onu qeyd etməliyik ki, prezident seçkilərini Avropa Şurası Parlament Assambleyası (AŞPA), Avropa Parlamenti (AP), ATƏT Parlament Assambleyası kimi nüfuzlu beynəlxalq təşkilatların müşahidə missiyaları ilə bərabər ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) müşahidə missiyası da izləmişdir. Ümumiyyətlə, bu ilki prezident seçkiləri 50 mindən çox yerli müşahidəçi və dünyanın müxtəlif regionlarını təmsil edən təxminən 100 ölkədən 1400-ə yaxın beynəlxalq müşahidəçi tərəfindən müşahidə edilmişdir.

(more…)

Elxan Süleymanov: “ATƏT/DTİHB-nin meydanda tək qalması beynəlxalq təşkilatları təlaşa salır”

Seçki prosesi və onun yekunlarına dair bir sıra məsələlərə münasibət bildirmək istəyirəm.

Belə ki, bəzi qüvvələr hələ də Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələrinə kölgə salmağa çalışır və ardıcıl olaraq bu istiqamətdə səylər göstərirlər.

İlk növbədə onu qeyd etməliyik ki, prezident seçkilərini Avropa Şurası Parlament Assambleyası (AŞPA), Avropa Parlamenti (AP), ATƏT Parlament Assambleyası kimi nüfuzlu beynəlxalq təşkilatların müşahidə missiyaları ilə bərabər ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) müşahidə missiyası da izləyib. Ümumiyyətlə, builki prezident seçkiləri 50 mindən çox yerli müşahidəçi və dünyanın müxtəlif regionlarını təmsil edən təxminən 100 ölkədən 1400-ə yaxın beynəlxalq müşahidəçi tərəfindən müşahidə edilib. Beynəlxalq müşahidəçilər ABŞ və Avropa ölkələrinin əksəriyyəti daxil olmaqla dünyanın bütün regionlarını təmsil edirdilər.

(more…)

Elxan Süleymanov: “Azərbaycan nümayəndə heyəti AvroNest PA-da fəaliyyətini dayandırmaq məcburiyyətində qalır”

AvroNest PA-nın vitse-prezidenti Avropa Parlamentini Azərbaycanda gizli təxribat və iğtişaş planlaşdırmaqda ittiham edib

Bakı. Rəşad Süleymanov – APA. AvroNest PA-nın vitse-prezidenti, AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şults, ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara, Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan Klod Minyon, ATƏT PA prezidenti Ranko Krivokapiç, AvroNest PA həmprezidentləri Y. Kirilov, B. Tarasyuk, Prezidentlər Konfransının və Avropa Parlamentinin üzvlərinə müraciət edib.

(more…)

Azərbaycan nümayəndə heyəti Avronest PA-dakı fəliyyətini dayandırır

Avronest PA-nın vitse-prezidenti, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şultsa, ATƏT sədri Leonid Kojaraya, Avropa Şurasının prezidenti Jan Klod Minyona, ATƏT PA prezidenti Ranko Krivokapiçə, AvroNest PA həmprezidentləri Y. Kirilova, B. Tarasyuka, Prezidentlər Konfransının üzvlərinə və Avropa Parlamentinin bütün üzvlərinə müraciət ünvanlayıb.

Elxan Süleymanovun Trend-ə daxil olan müraciətində qeyd olunur ki, hələ bu il iyul ayının əvvəllərində Azərbaycan seçkilərin müşahidə ediləcəyi ölkələrin siyahısına salınmadıqda biz hesab edirdik ki, ölkədə ciddi problemlərin olmamasını nəzərə alaraq Avropa Parlamenti Azərbaycanda keçiriləcək Prezident seçkilərinə müşahidə missiyası göndərməmək qərarına gəlmişdir. O zaman hətta mən Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi sizin bu addımınızı Azərbaycanda problemlərin olmaması kimi qiymətləndirmişdim. Çünki adətən beynəlxalq təşkilatlar seçkilərdə müşahidə missiyalarını problemlərin çox olduğu ölkələrə göndərirlər. Bu gün isə sübut olunur ki, Avropa Parlamentinin hələ iyul ayının əvvəllərində Azərbaycandakı seçkilərə müşahidə missiyası göndərməmək qərarı onun Azərbaycanda gizli təxribat və iğtişaş yaratmaq planlarından irəli gəlmişdir.

(more…)

ATƏT PA Daimi Komitəsinin iclasında ATƏT DTİHB-nin hesabatı kəskin şəkildə tənqid edilib

Bu gün Monteneqronun Budva şəhərində ATƏT PA-nın payız sessiyası öz işinə başlayıb.

Millət vəkili Elxan Süleymanovun Trend-ə verdiyi məlumata əsasən, sessiyanın ilk iş günündə ATƏT PA-nın Daimi Komitəsinin iclası keçirilib.

Komitə iclasında Azərbaycanda keçirilən Prezident seçkilərində ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi əlaqələndiricisi və ATƏT qısamüddətli müşahidə missiyasının rəhbəri Mişel Vuazan məruzə ilə çıxış edib.

Vuazan ATƏT DTİHB-nin müşahidə missiyasının Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar bəyanatında seçki prosesi ilə bağlı yalnız neqativ müddəaların əks olunduğunu və bu bəyanatın ATƏT PA, AŞPA və Avropa Parlamenti müşahidəçilərinin qeyd etdikləri müsbət fikirləri əks etdirməyən birtərəfli sənəd olduğunu təəssüflə bildirib.

O, ATƏT DTİHB-nin hesabatında əks olunan müddəaların böyük əksəriyyəti ilə razılaşmağın mümkün olmadığını qeyd edərək bu barədə fikirlərini katibliyə təqdim etdiyi hesabatda ətraflı izah etdiyini komitə üzvlərinin diqqətinə çatdırıb.

Vuazan Azərbaycanda keçirilən prezident seçkilərini Avropa Şurası və ATƏT standartlarına yaxınlaşmaq istiqamətində böyük bir addım adlandıraraq seçkilərin şəffaf, azad və ədalətli keçirildiyini və demokratiya istiqamətində irəliləyiş olduğunu bir daha vurğulayıb, bununla bağlı Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin bəyanatlarına tamamilə qoşulduğunu bəyan edib.

ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi əlaqələndiricisi və ATƏT qısamüddətli müşahidə missiyasının rəhbəri çıxışı zamanı ATƏT DTİHB-nin oktyabrın 10-da Bakıda verdiyi bəyanatın ilk cümləsində güya həmin bəyanatın ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) və ATƏT Parlament Assambleyasının (ATƏT PA) birgə səyləri nəticəsində ərsəyə gələn sənəd olması ifadəsinə də öz kəskin etirazını bildirib.

O, qətiyyətlə bəyan edib ki, ATƏT PA müşahidə missiyasının üzvləri bu sənədin hazırlanmasında iştirak etməyiblər. ATƏT PA missiyasının rəhbəri olaraq o özü həmin sənədin hazırlanmasında deyil, müzakirəsində iştirak edib və bu bəyanata qarşı etirazını bildirib.

Daimi Komitənin iclasında Vuazan Azərbaycanda keçirilən prezident seçkilərində şübhəsiz qalib müəyyənləşdiyini bildirib və ATƏT Parlament Assambleyasının üzvlərini ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan ayrılmağa çağırıb.

(more…)

Mişel Vuazan: “ATƏT DTİHB-in Azərbaycandakı seçkilərlə bağlı bəyanatı birtərəfli sənəddir”

Monteneqronun Budva şəhərində ATƏT Parlament Assambleyasının payız sessiyası öz işinə başlayıb.

Gün.Az-a millət vəkili Elxan Süleymanovun verdiyi məlumata görə, sessiyanın ilk iş günündə ATƏT PA-nın Daimi Komitəsinin iclası keçirilib.

Komitə iclasında Azərbaycanda keçirilən prezident seçkilərində ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi əlaqələndiricisi və ATƏT qısamüddətli müşahidə missiyasının rəhbəri Mişel Vuazan məruzə ilə çıxış edib.

(more…)

ATƏT sədrinin xüsusi nümayəndəsi: “ATƏT PA missiyasının üzvləri Azərbaycandakı prezident seçkiləri ilə bağlı sənədin hazırlanmasında iştirak etməyiblər”

O, ATƏT Parlament Assambleyasının üzvlərini ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan ayrılmağa çağırıb

Bakı. Ramil Məmmədli-APA. “ Bu gün Monteneqronun Budva şəhərində ATƏT PA-nın sessiyası çərçivəsində qurumun Daimi Komitəsinin iclası keçirilib. İclasda Azərbaycanda keçirilən prezident seçkilərində ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi əlaqələndiricisi və ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri cənab Mişel Vuazen məruzə ilə çıxış edib”.

(more…)

“Tarixi Azərbaycan dövlətləri” kitabı “cib kitabı” formatında çıxıb

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşri olan “Tarixi Azərbaycan dövlətləri” kitabı ingilis dilində “cib kitabı” formatında çıxıb.

SalamNews-un məlumatına görə, ilk dəfə ötən ilin aprelində AVCİYA-nın prezidenti, deputat Elxan Süleymanovun təşəbbüsü ilə Azərbaycan, ingilis, erməni, gürcü, Ukrayna və moldav dillərində çap edilən “Tarixi Azərbaycan dövlətləri” kitabı Bakıda keçirilən Avronest Parlament Assambleyası sessiyasının iştirakçıları arasında yayılıb.

(more…)

Şamaxının Millət vəkili Elxan Süleymanov Şamaxı rayonunda idmanın inkişafına göstərdiyi dəstəyə gorə Fəxri Fərmanla təltif olunub

(more…)