AVRONEST PA-dan Elxan Süleymanova məktub var

Qurumun həmsədri Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib

AVRONEST PA-nın həmsədri Yevgeni Kirilov Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanova məktub göndərib.
Məktub AVRONEST PA Bürosunun «Şərq Tərəfdaşlığı» ölkələrinin dövlət başçılarının 28-29 noyabr tarixlərində Vilnüsdə keçiriləcək toplantısına ünvanlanmış müraciətinin mətnindən Ermənistan nümayəndə heyətinin üzvü Artak Zakaryanın təkidi ilə ŞT ölkələrinin ərazilərində mövcud olan münaqişələrlə bağlı «həlli uzanmış» ifadəsinin çıxarılması ilə əlaqədardır.

(more…)

AVRONEST PA-nın həmsədri Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib

AVRONEST PA-nın həmsədri Yevgeni Kirilov Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanova məktub göndərib.

APA-nın xəbərinə görə, məktub AVRONEST PA Bürosunun “Şərq Tərəfdaşlığı” ölkələrinin dövlət başçılarının 28-29 noyabr tarixlərində Vilnüsdə keçiriləcək toplantısına ünvanlanmış müraciətinin mətnindən Ermənistan nümayəndə heyətinin üzvü Artak Zakaryanın təkidi ilə ŞT ölkələrinin ərazilərində mövcud olan münaqişələrlə bağlı “həlli uzanmış” ifadəsinin çıxarılması ilə əlaqədardır.

(more…)

AVRONEST PA-nın həmsədri iclası yarımçıq tərk edən azərbaycanlı deputata məktub göndərib

Məlum olduğu kimi noyabr ayının 2-də AVRONEST PA-nın Kiyevdə keçirilən Büro iclasında AVRONEST PA Büro üzvü və AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bəyanatla çıxış edərək Büro iclasını tərk etmişdi. Elxan Süleymanov öz bəyanatında Avropa Parlamentinin 23 oktyabr 2013-cü il tarixli qətnaməsində Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar qəbul edilmiş 32-ci  bəndə etirazını bildirərək Azərbaycan tərəfinin AVRONEST PA ilə əməkdaşlığı hansı formatda davam etdirəcəyi barədə düşünmək məcburiyyətində qaldığını, həmçinin, Azərbaycan torpaqları işğaldan azad edilməyənədək işğalçı dövlət olan Ermənistanın AVRONEST PA-da ŞT komponenti tərəfindən həmsədrlik edəcəyi dövrdə Azərbaycan nümayəndə heyətinin bu qurumda fəaliyyətini dayandırılacağını bildirmişdi.

(more…)

AŞPA Monitorinq Komitəsində Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı məlumat xarakterli müzakirə aparılıb

Elxan Süleymanov: “Çıxış edənlərin mütləq əksəriyyəti Azərbaycanda prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirildiyini vurğuladılar”

 

Bakı – APA. Noyabrın 7-də Parisdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin növbəti iclası keçirilib. Monitorinq Komitəsinin iclasında Azərbaycanı ölkənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin, eləcə də Monitorinq Komitəsinin üzvü Elxan Süleymanov təmsil ediblər.

 

Elxan Süleymanovun APA-ya verdiyi məlumata görə, iclasda Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı məlumat xarakterli müzakirələr olub: “Müzakirələr zamanı seçkilərdə AŞPA müşahidə missiyasının rəhbəri Robert Uolter və Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramuntla yanaşı, daha 12 nəfər parlament üzvü çıxış etdi. Çıxış edənlərin demək olar ki, mütləq əksəriyyəti Azərbaycanda prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirildiyini, ATƏT və Avropa Şurasının standartlarına uyğun olduğunu vurğuladılar. Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov prezident seçkiləri ilə bağlı geniş məlumat verdi və ATƏT DTİHB-nin qərəzli mövqeyini təkzibolunmaz faktlarla ifşa etdi”.

 

(more…)

Parisdə AŞ PA-nın Monitorinq Komitəsinin iclası keçirilmişdir

Dünən, noyabr ayının 7-də Parisdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin növbəti iclası keçirilib. Monitorinq Komitəsinin iclasında Azərbaycanı AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və AŞ PA-da Azərbaycan nümayəndə heyətinin və Monitorinq Komitəsinin üzvü Elxan Süleymanov təmsil ediblər.

Elxan Seleymanovdan aldığımız məlumata əsasən iclasda Azərbaycanda keçirilən Prezident seçkiləri ilə bağlı məlumat xarakterli müzakirələr olub. Müzakirələr zamanı Prezident seçkilərində AŞPA müşahidə missiyasının rəhbəri Robert Uolter və Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramuntla yanaşı daha 12 nəfər parlament üzvü çıxış ediblər. Çıxış edənlərin demək olar ki, mütləq əksəriyyəti Azərbaycanda keçirilən prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirildiyini, ATƏT və Avropa Şurasının standartlarına uyğun olduğunu vurğulayıblar. Iclasda çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov prezident seçkiləri ilə bağlı geniş məlumat vermiş və ATƏT DTİHB-nin qərəzli mövqeyini təkzibolunmaz faktlarla ifşa etmişdir.

(more…)

Azərbaycanlı deputat AvroNest PA-nın iclasını yarımçıq tərk edib

Azərbaycanın AvroNest PA-dakı nümayəındə heyətinin üzvü Elxan Süleymanov bu qurumun iclasında bəyanat verərək, toplantını yarımçıq tərk edib.
Bu barədə Modern.az-a deputat özü məlumat verob. O, bu addımını belə izah edib ki, Azərbaycan torpaqları işğaldan azad edilməyənədək işğalçı dövlət olan Ermənistanın AvroNest PA-dakı ŞT komponenti tərəfindən həmsədrliyi dövründə bu qurumda fəaliyyətini dayandıracaq.

(more…)

Elxan Süleymanov Avronest PA-nın iclasını tərk etdi


Avronest PA-nın bu gün başlayan Büro iclasında həmin qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bəyanatla çıxış edib.


AzNews.az-ın məlumatına görə, bəyanatda bildirilib ki, dostluğun, etimadın və əməkdaşlığın məkanı hesab edildiyi təşkilatda Azərbaycana qarşı edilən görünməmiş hücumlar təssüf yaradır: 

“ATƏT/DTİHB müşahidə missiyası istisna olmaqla, Avropa Parlamenti, AŞPA, ATƏT PA və digər müşahidə missiyaları seçkiləri azad, şəffaf, ədalətli, ATƏT və Avropa Şurasının standartlarına uyğun keçirilmiş kimi qiymətləndirmişlər. ATƏT-in fəaliyyətdə olan Sədri bu qurumların qiymətləndirməsini dəstəkləmişdir. 

(more…)

Elxan Süleymanov Avronest PA Büro iclasını tərk edib

Avropa Parlamentinin Azərbaycanda prezident seçkiləri ilə bağlı qətnaməsini qətiyyətlə rədd edirik”

  Avronest Parlament Assambleyasının (PA) Ukraynanın paytaxtı Kiyevdə keçirilən Büro iclasında iştirak edən Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bəyanat yayaraq Avropa Parlamenti Qətnaməsinin 32-ci bəndinə etiraz əlaməti olaraq Büro iclasını tərk edib.

Publika.Az-a bu barədə   Elxan Süleymanovun ofisininə istinadən məlumat verir.

(more…)

Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri bəyanat yayaraq qurumun Büro iclasını tərk edib

Elxan Süleymanov: “Avropa Parlamentinin Azərbaycanda prezident seçkiləri ilə bağlı qətnaməsini qətiyyətlə rədd edirik”

Bakı. Rəşad Süleymanov – APA. Avronest Parlament Assambleyasının (PA) Ukraynanın paytaxtı Kiyevdə keçirilən Büro iclasında iştirak edən Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bəyanat yayaraq Avropa Parlamenti Qətnaməsinin 32-ci bəndinə etiraz əlaməti olaraq Büro iclasını tərk edib.

Bu barədə APA-ya Elxan Süleymanovun ofisindən məlumat verilib.

(more…)

Avronest PA-nın Büro iclasında Elxan Süleymanovun Bəyanatı

Avronest PA-nın Büro iclasında Elxan Süleymanovun Bəyanatı

2 noyabr, Kiyev (more…)