Elxan Süleymanov Avropa qurumlarının rəhbərlərinə müraciət edib

Avronest Parlament Assambleyasının vitse-prezidenti, AŞPA-nın üzvü Elxan Süleymanov Avropa Komissiyasının Prezidenti Xose Manuel Barrozuya, Aİ Şurasının Prezidenti Herman Van Rompuya, Avropa Parlamentinin Prezidenti Martin Şultsa, AŞPA Prezidenti Anne Brasseura, Avropa Şurasının baş katibi Tyorbörn Yaqlanda, AVRONEST PA həmprezidentləri Yevgeni Kirilova və Boris Tarasyuka, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Ketrin Eştona, Aİ-nin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füleyə, Avropa Şurasının, Avropa Parlamentinin, AVRONEST PA-nın bütün üzvlərinə müraciət ünvanlayıb.Trend xəbər verir ki, bu barədə E.Süleymanovun mətbuata verdiyi məlumatda deyilir.

(more…)

Prezidentlərə müraciət

Avropa Komissiyasının Prezidenti

cənab Xose Manuel Barrozoya

 

Aİ Şurasının Prezidenti

cənab Herman Van Rompuya

 

Avropa Parlamentinin Prezidenti

cənab Martin Şultsa

 

AŞPA Prezidenti xanım Anne Brasseura

 

Avropa Şurasının baş katibi cənab Tyorbörn Yaqlanda 

 

AVRONEST PA həmprezidentləri

cənab Yevgeni Kirilova və cənab Boris Tarasyuka, 

 

surəti:

 

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi xanım Ketrin Eştona

 

Avropa Birliyinin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı cənab Ştefan Füleyə 

 

Avropa Şurasının, Avropa Parlamentinin,

AVRONEST PA-nın bütün üzvlərinə

 

Hörmətli Prezidentlər,

    Sizə Ukrayna Respublikasında hökm sürən ciddi vəziyyətlə bağlı müraciət edirəm. Mən Ukrayna böhranı ilə bağlı baş verən hadisələri yaxından izlədikcə Avropa İttifaqının Aİ-nin Şərq Tərəfdaşlığındakı ölkələrin ərazi bütövlüyü və suverenliyinə qarşı belə qeyri-qanuni hücumlarla bağlı rəftarında güclü uyğunsuzluqların şahidi oluram.

    Mən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və müstəqil dövlətin iradəsinin ziddinə olaraq beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsini yolverilməz hesab edirəm. Müşahidə etdiyimiz kimi, Avropa Parlamenti beynəlxalq qanunların pozulmasını pisləyən bir neçə məruzə və qətnamə qəbul edib, Aİ-nin əksər liderləri, eləcə də siz və həmkarlarınız isə güclü və sərt tənqidlər səsləndirmisiniz. BMT Təhlükəsizlik Şurası martın 15-də Ukraynaya dair qətnamə qəbul etməyə cəhd göstərdi. Aİ və ona Üzv Dövlətlər də Rusiyaya qarşı sanksiyalar tətbiq ediblər. Bütün bu addımlar Avropanın Ukraynanın ərazi bütövlüyünü açıq-aydın dəstəklədiyini göstərir.

(more…)

Millət vəkili Elxan Süleymanov AŞPA-nın Monitorinq Komitəsinin iclasında çıxış etdi

Slide27-28 fevral 2014-cü il tarixlərində Maltada AŞPA Monitorinq Komitəsinin iclası keçirilmişdir. Iclasda Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov Naxçıvanın blokadası və Sərsəng su anbarının humanitar faciəsi, bununla əlaqədar regiondakı  iqtisadi, ekoloji, bioloji fəsadlarla bağlı çıxış etmişdir. Millət vəkili bildirmişdir:

“Naxçıvan Muxtar Respublikası İranla sərhəddə yerləşən, 410.000 azərbaycanlının yaşadığı və təxminən 25 ildir ki, Ermənistan tərəfindən blokadada olan Azərbaycan ərazisidir. Blokada nəticəsində hüquqları pozulmuş Naxçıvan əhalisi  böyük əziyyətlərə düçar olmuşdur və regionda iqtisadi və sosial durum ağır olaraq qalır.

(more…)

“Xocalı-1992” kitabının yenidən işlənilmiş və əlavələr edilmiş nəşri 4 dildə çapdan çıxmışdır

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (www.aliyevheritage.org) nəşri olan “Xocalı-1992” kitabının yenidən işlənilmiş və əlavələr edilmiş nəşri çapdan çıxmışdır.
Mərkəzdən AzərTAc-a bildirmişlər ki, Azərbaycan, ingilis, fransız və rus dillərində nəşr edilən kitab erməni silahlı birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf olunmuşdur.
Kitaba Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin Xocalı soyqırımı haqqında müxtəlif çıxış və müraciətlərindən iqtibaslar, insanlığa utanc gətirən bu faciə haqqında tarixi arayış, məlumat-soraq materialları daxil edilmişdir.
Kitabın “Təcavüzkarın dəst-xətti” bölümündə erməni vəhşiliyinin qurbanlarının fotoları yer almışdır.

(more…)

Sərsəng su anbarı ilə bağlı beynəlxalq təşkilatlara ünvanlanan müraciətlərin təqdimatı keçirilib

Azərbaycan Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının (AVCİYA) “Sərsəng – humanitar faciənin qarşısının alınması” layihəsi çərçivəsində Ağcabədi, Ağdam, Bərdə, Goranboy və Tərtər rayonlarının sakinlərinin beynəlxalq təşkilatlara ünvanlandığı müraciətlərin AVCİYA tərəfindən təqdimatı keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov Sərsəng su anbarı haqqında məlumat verərək bildirib ki, su anbarı 20 ildir qəza vəziyyətindədir: “Orada texniki xidmət, qəza vəziyyətinin aradan qaldırılması istiqamətində heç bir iş aparılmır. Bizim layihədə məqsəd beynəlxalq təşkilatları məlumatlandırmaq və bir beynəlxalq təşkilat vasitəsilə su anbarının texniki vəziyyətini nəzarətdə saxlamaqdır. Vəziyyət doğrudan da çətindir və insanlar haqlı olaraq narazılıq edirlər”.

(more…)

Avropa Parlamentinin Məşvərət Komitəsində 11 fevral 2014-cü ildə keçirilmiş dinləmələrlə bağlı bəzi qeydlər

Azərbaycanın bir sıra kütləvi informasiya vasitələri 10 fevral 2014-cü il tarixində Avropa Parlamentinin Azərbaycanda 9 oktyabr prezident seçkilərini müşahidə edən 7 deputatının cəzalandırılacağı haqqında məlumat yaymışdır. Həmin məlumatlarda 11 fevralda Məşvərət Komitəsində  Avropa Parlamentinin Seçki Müşahidə Missiyasının (AP SMM) rəhbəri Pino Arlakki, missiyanın üzvləri Filip Kaçmarek, Yoahim Tseller, Yevgeni Kirilov, Norika Nikolai, Milan Kabrnox, Fiorello Proveranın məsələsinə baxılacağı və onların Məşvərət Komitəsinin sanksiyaları ilə üzləşəcəkləri bildirilmişdir.

Bildirmək istərdim ki, Məşvərət Komitəsi 2012-ci ilin yanvarından AP üzvünün Davranış Kodeksi qəbul olunduqdan sonra fəaliyyət göstərir.

(more…)

Dağlıq Qarabağ münaqişəsində itkin düşmüş şəxslərin xatirə abidəsinin açılışı olub

Bu gün Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında “İnsan Hüquqları XXI-əsr Azərbaycan” Fondunun təşkilatçılığı, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Şamaxıdan olan millət vəkili Elxan Süleymanovun dəstəyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində itkin düşmüş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə qoyulmuş abidənin açılış mərasimi keçirilmişdir.

(more…)

AVCİYA prezidentinin dəstəyi ilə itkin düşmüş şəxslərin xatirəsi əbədiləşdirilib

Bu gün Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında “İnsan Hüquqları XXI-əsr Azərbaycan” Fondunun təşkilatçılığı, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun dəstəyi  ilə Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsində itkin düşmüş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə qoyulmuş abidənin açılış mərasimi  keçirilmişdir. 

(more…)

AVCİYA 20 Yanvar faciəsi ilə bağlı konfrans keçirdi

Bu gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 20 Yanvar faciəsi ilə əlaqədar konfrans keçirib. Tədbiri giriş sözü ilə açan AVCİYA-nın vitse prezidenti, politoloq Vəli Əlibəyov 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.

(more…)

Şamaxının millət vəkili öz təqaüdçilərini yeni il münasibətilə təbrik etdi

(more…)