“Bu, haqqın və ədalətin zəfəridir”

Elxan Süleymanov: “Ştrasser Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqe tutmuşdu”

AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Şamaxının millət vəkili Elxan Süleymanov AŞPA Monitorinq və İnsan Hüquqları Komitələrinin toplantısından sonra açıqlama verib. Onun sözlərinə görə, AŞPA-nın qış sessiyasında Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı 4 illik hesabat məruzəsi qəbul edilib: “Bu məruzə hələ 12 dekabrda Monitorinq Komitəsinin iclasında müsbət bir məruzə kimi qəbul edilmişdi.

Həmin məruzə demək olar ki, heç bir əlavə və dəyişikliklər olmadan Plenar iclasda bütövlüklə qəbul edilib”. Millət vəkili qeyd edib ki, monitorinq komitəsinin iclasında irəli sürdüyü iki təklif qəbul olunub: “Ermənistanın Azərbaycan torpaqlarını hərbi yolla işğal etməsi və etiraz aksiyaları ilə bağlı hakimiyyətlə aksiya təşkilatçıları arasında kompromiss tapılması ilə bağlı təkliflər sessiya tərəfindən də qəbul edilib. Qəbul edilmiş bu hesabat göstərir ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Bəzi çatışmazlıqlar qeyd olunsa da həmməruzəçilərin dediyi kimi son illərdə Azərbaycanda siyasi irəliləyişlər nəzərəçarpan dərəcədədir”. E.Süleymanov onu da bildirib ki, Ştrasserin məruzəsi qəbul edilməyib. “Çünki, Ştrasser Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqe tutmuşdu. Və məruzəçi təyin edildikdən dərhal sonra məsələni siyasiləşdirməyə cəhd göstərərək öz müsahibələrində Azərbaycan hakimiyyətini ağır cinayətlərdə ittiham edirdi. O, məruzəçi olduğu müddətdə Azərbaycanla əməkdaşlıq etməyib və obyektiv araşdırma aparmayıb. Ştrasser təqdim etdiyi siyahısında həbsdən azad olunanları, terrorçuları, qatilləri, xüsusilə ağır cinayətlər törətmiş şəxsləri siyasi məhbus kimi təqdim etmişdi. Ona görə də bu gün Ştrasserin məruzəsinə səs verməyənlər əslində Avropa dəyərlərinə, ədalətə, hüququn aliliyinə hörmət nümayiş etdirmiş oldular. Bununla da üzv ölkələr arasında ayrıseçkiliyə, ikistandartlılığa qarşı cəsarət göstərib haqqa və ədalətə səs verdilər. Bu, haqqın və ədalətin zəfəridir”.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları