Sərsəng üzrə məruzəçi təyin edildi

Sərsəng üzrə məruzəçi təyin edildi Bu gün Kiprdə (Nikosiya) AŞPA Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsinin iclası keçirilmişdir. İclasda Azərbaycanın işğal altında olan Sərsəng su anbarı ilə əlaqədar Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA)prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun motion sənəd olaraq təqdim etdiyi “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” Qətnamə layihəsi əsasında məruzəçi təyin edilmişdir. Millət vəkili Elxan Süleymanovdan aldığımız məlumata əsasən Bosniya Hersoqovinadan olan deputat Milisa Markoviç  bu məsələ üzrə məruzəçi seçilmişdir.

 

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları