Brüsseldə Dağlıq Qarabağ münaqişəsi – hüquqi və humanitar aspektlər mövzusunda müzakirələr olacaq

 Azərbaycan nümayəndə heyəti 5 – 8 Mart tarixində Belçikada səfərdə olacaq. Azərbaycanı təmsil edəcək nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, İqtisadi İnkişaf Nazirinin müavini Sevinc Həsənova, eləcə də  millət vəkilləri Elxan Süleymanov, Qüdrət Həsənquliyev, Zahid Oruc, Fazil Mustafa, Qənirə Paşayeva, Azər Kərimli, Fərəc Quliyev və Ceyhun Osmanlı,  hüquq elmləri üzrə fəlsəfə doktoru Fuad Süleymanov və tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı daxildir. Səfərin proqramı çox zəngindir. 

qhtxeber.az-ın verdiyi məlumata görə, səfər proqramı martın 6-da azərbaycanlı qonaqların  Brüssel şəhərinin meri ilə görüşü ilə başlanacaq. Elə həmin gün Belçika Federal Parlamentinin Nümayəndələr Palatasında «İşğal edilmiş ərazilər, unudulmuş ərazilər (Dağlıq Qarabağ münaqişəsi – hüquqi və humanitar aspektlər )» mövzusunda dinləmələr olacaq.  Eləcə də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov,  «Avropada strateji araşdırmalar və təhlükəsizlik mərkəzi» nin direktoru Claude Moniquet,  «Sərhədsiz vəkillər» təşkilatının təsisçisi Pierre Legros, Azərbaycan Respublikası İqtisadi İnkişaf nazirinin müavini Sevinc Həsənova, hüquq elmləri üzrə fəlsəfə doktoru Fuad Süleymanov və tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlının iştirakı ilə debatların keçirilməsi nəzərdə tutulur.
Martın 7-də Azərbaycan nümayəndə heyətinin Belçika Senatının sədri xanım Sabine de Bethune ilə görüşü baş tutacaq. Görüşdən sonra Belçika – Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının görüşü keçiriləcək. Həmin gün nümayəndə heyətinin  Belcikanın Brüssel əyaləti parlamentinin spikeri ilə görüşündən sonra Parlament binasında «Avropa Birliyi ölkələrinin Dağlıq Qarabağ konfliktinin həllindəki rolu» mövzusunda «Sərhədsiz Hüquqşünaslar» təşkilatının təsisçisi Pierre Legros və « Avropada strateji araşdırmalar və təhlükəsizlik mərkəzi» nin direktoru Claude Moniquet ilə debatların aparılması nəzərdə tutulur. Martın 7-də axşam Azərbaycan nümayəndə heyəti Azərbaycan Respublikasının Belçikadakı Səfirliyində Xocalı şəhidlərini anma mərasimində və  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş fotosərgidə iştirak edəcək.

 

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları