Brüsseldə Azərbaycan və Belçikanın parlamentlərarası əlaqələr üzrə işçi qruplarının görüşü keçirilib
Martın 7-də Brüsseldə Azərbaycan və Belçikanın parlamentlərarası əlaqələr üzrə işçi qruplarının görüşü keçirilib. APA-nın məlumatına görə, görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsi və bəzi regional məsələləri müzakirə ediblər. Nümayəndə heyətinin başçısı, Milli Məclisin Belçika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elxan Süleymanov demokratik Avropanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməsinin vacibliyini vurğulayıb.
«Biz istəyirik ki, Avropa beynəlxalq hüquq normalarına söykənərək öz mövqeyini ifadə etsin – kimin işğalçı, kimin isə işğala məruz qalan olduğunu desin», deyə deputat bəyan edib.