“Bizim deputatların ermənilərdən üzr istəməsi barədə deyilənlər məndə təəccüb doğrdu”

 

6 aprel 2012-ci il

AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Ermənistan nümayəndə heyətinin Bakı sessiyasından qayıtdıqdan sonra İrəvanda keçirdiyi mətbuat konfransında səsləndirilən bir sıra fikirlərə münasibət bildirib. Modern.az saytı onun açıqlamasını təqdim edir:

 “Cənab Hovhanisyaının Azərbaycan Respublikasının Prezidentinin çıxışından sonra guya bizim milət vəkillərinin erməni deputatlarına yaxınlaşaraq üzr istəmələri ilə bağlı verdiyi “məlumat” məndə təəssüf və təəccüb hissi doğurdu. Etiraf edim ki, bu İrəvandakı mətbuat konfransında səslənən  yeganə qeyri-obyektiv fikir deyil”.

Elxan Süleymanov həmçinin Ermənistan nümayəndə heyəti üzvlərinin  Bakı sessiyası barədə müxtəlif mətbuat orqanlarında səsləndirdikləri qərəzli fikirlərlə bağlı AVRONEST PA və Avropa parlamentinin rəhbərliyinə müraciət ediləcəyini bildirib. /modern.az

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları