Bir təqvim günündə iki uğurlu görüş
(Məlhəmdə iki, Qızmeydanda dörd kəndin seçiciləri ilə)
23 oktyabrda 85 saylı Şamaxı Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanovun Məlhəm kəndində Məlhəm və Əngəxaran, Qızmeydanda isə eyni adlı kəndin seçiciləri ilə yanaşı, həm də Pirbəyli, Əhmədli və Hacılı kəndlərinin seçiciləri ilə görüşləri keçirilib.
Yüzlərlə seçicinin qatıldığı görüşlərin aparıcısı Elxan Süleymanovun vəkili, Şamaxı şəhər 2 saylı orta məktəbin direktoru İslam Baxşıyev olub.
Səmimi atmosferdə keçən görüşlərdə deputatlığa namizəd Elxan Süleymanov proqram xarakterli çıxışlar edib.
Namizədin vəkillərinin çıxışları da yaddaqalan olub. Tədbirlərə qatılan qonaqlardan tanınmış hüquqşünas Adil Minbaşının və siyasi elmlər doktoru Ramiz Sevdimalıyevin çıxışları xüsusi maraqla dinlənilib.