“Beynəlxalq təşkilatlar işğalçı Ermənistanı cəzalandırmaqda acizdir”

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin və digər beynəlxalq qurumların qəbul etdiyi qətnamələr bu günə qədər icra olunmayıb. Avropada tətbiq edilən uğurlu muxtariyyat nümunələri Dağlıq Qarabağda da tətbiq edilə bilər. Bu fikirləri prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə işinə başlayan beynəlxalq konfransda səsləndirib.
      “Birləşmiş Millətlər Təşkilatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qərarlar, sadəcə, kağız üzərində qalıb”. BMT-nin ünvanına bu sərt bəyanatı dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş mərasimdə prezident İlham Əliyev səsləndirib. Dövlət başçısı tədbirə qatılan xarici qonaqların diqqətinə çatdırıb ki, Dağlıq Qarabağ problemi təkcə Azərbaycana deyil, bütün regiona təhlükədir. 
      “Azərbaycan torpaqları 20 ildən çoxdur erməni silahlı qüvvələrinin təcavüzü altındadır. Beynəlxalq təşkilatlar isə bu təcavüzə son qoymaqda, işğalçı Ermənistanı cəzalandırmaqda acizdir”, – deyə prezident vurğulayıb. 
      Münaqişənin indiyədək həllini tapmamasında isə İlham Əliyev birbaşa rəsmi İrəvanın günahkar olduğunu bildirib. 
      Prezident Azərbaycanın tolerant ölkə olduğunu, burada müxtəlif xalqların və dini təriqətlərin sülh və əmin-amanlıq şəraitində yaşadığını və ölkənin bununla qürur duyduğunu vurğulayıb. Dövlət başçısı əlavə edib ki, Avropada tətbiq edilən uğurlu muxtariyyət nümunələri Dağlıq Qarabağda da tətbiq edilə bilər. 
      Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz iqtisadiyyatının 70 faizini təşkil etdiyini xarici qonaqların nəzərinə çatdıran prezident Avropa İttifaqı – Azərbaycan münasibətlərinə də toxunub. O qeyd edib ki, Azərbaycan əlaqələri qarşılıqlı hörmət və etimad üzərində qurub. Bu əlaqələr getdikcə daha da güclənəcək.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları