Belçika parlamenti Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsini müzakirə etmək niyyətindədir

14 iyun 2012-ci il

Belçika parlamenti ilin sonunadək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsinini müzakirəyə çıxarmaq niyyətindədir.

SalamNews-un xəbərinə görə, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Elxan Süleymanov “Azərbaycan Respublikası-Belçika Krallığı: 1992-2012” kitabının təqdimetmə mərasimində məlumat verib.

O deyib: “Belçika parlamenti Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində hər zaman Azərbaycanı dəstəkləyib. Cari ildə Belçika parlamentində bu münaqişə üzrə keçirilmiş dinləmələrdə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edib. Belçikada həmçinin, Xocalı soyqırımına həsr olunmuş tədbirlər və sərgi keçirilib”.

E.Süleymanov Belçika parlamentində qətnamənin qəbul edilməsinin münaqişə ilə bağlı həqiqəti dünya ictimaiyyətinə çatdırmaqda Azərbaycana yardımçı olacağını söyləyib.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları