Belçikada Mirzə Ələkbər Sabirə heykəl ucaldılacaq

 Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Şamaxı rayonunda tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə  Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Şamaxı rayonundan Milli Məclisə deputat seçilmiş Elxan Süleymanov  çıxış edərək müstəqillik illərində ölkəmizin əldə etdiyi uğurlardan, Heydər Əliyev və prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyin möhkəmlənməsi və  dövlət quruculuğu sahəsində görülən işlərdən danışıb. 

Rayon İcra Hakimiyyətinin təhsil, mədəniyyət və turizm şöbələri rəhbərlərinin iştirak etdiyi tədbirdə millət vəkili tələbə və şagirdlərə fərdi təqaüdünü, pul mükafatı və qiymətli hədiyyələr verib, təhsilin inkişafına dəstək məqsədilə xeyriyyə tədbirlərini bundan sonra da davam etdirəcəyini bildirib. O, tədbirdə bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında 600-dən çox bal toplayaraq tələbə adını qazanmış 6 şamaxılı gəncin hər birinə 100 manat təqaüd verib və onlara təhsil aldıqları 4 il ərzində hər ay 100 manat təqaüd ödəyəcəyini bildirib. Tədbirdə millət vəkili Qafqaz Universitetinin bakalavr pilləsini bitirərək Almaniyanın Flensburq Universitetinin avropaşünaslıq fakültəsinə daxil olan Şamaxı sakini Cəlal Kərimova 1000 avro pul mükafatı verib və onun magistratura təhsili alacağı iki il ərzində təhsilinə mane olmadan Almaniyada aylıq məvacibi 1000 avro olan işlə təmin etdiyini bildirib. E.Süleymanov Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialı və Şamaxı Humanitar Kollecinin 4 tələbəsinə özünün təsis etdiyi Xəqani və Sabir təqaüdlərini verib. Bundan əlavə tədbirdə M.Ə.Sabir və S.Ə.Şirvani yaradıcılığına həsr edilmiş bədii qiraət müsabiqəsinin qalibi olmuş 12 şagirdə təqaüd və hədiyyə verilib. Millət vəkili E.Süleymanov 1991-ci ildən bəri 18 oktyabr-Müstəqillik günündə anadan olan 15 uşaq və gəncin hər birinə qarşıdan gələn bayram münasibətilə pul mükafatı və qiymətli hədiyyə verib. Həmçinin, E.Süleymanov M.Ə.Sabirin anadan olmasının 150 illik yubileyi münasibətilə Belçikada onun heykəlinin ucaldılması üçün qarşı tərəflə razılıq əldə etdiyini və bu günlərdə Belçikanın Thuin şəhərində şairin heykəlinin təməlqoyma mərasimində iştirak etmək üçün bu ölkəyə səfər edəcəyini bildirib. Abidənin gələn ilin mayında açılışı olacaq.

 

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları