Belçika parlamentariləri Şamaxının Qalaybuğur kəndində toy mərasimində iştirak ediblər
Bakı – APA. Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun 5 üzvündən ibarət nümayəndə heyəti iyulun 4-dən 8-dək Azərbaycanda səfərdə olub, bir sıra görüşlər keçirib. Millət vəkili, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elxan Süleymanov səfərin məqsədi və müzakirə edilən məsələlərlə bağlı APA-ya müsahibə verib.
– Belçika nümayəndə heyətinin Azərbaycanın səfərinin əsas məqsədi nə idi?
– Azərbaycan Milli Məclisi müxtəlif ölkələrin parlamentləri ilə çoxtərəfli və ikitərəfli səviyyələrdə əməkdaşlıq edir. Çoxtərəfli əməkdaşlıq deyəndə müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, ikitərəfli əməkdaşlıq deyəndə isə iki ölkə arasında formalaşdırılmış birbaşa əməkdaşlıq nəzərdə tutulur. Onu da deyim ki, əksər hallarda çoxtərəfli əməkdaşlığın səmərəli olması ikitərəfli əməkdaşlıq əlaqələrinin səviyyəsindən və sıxlıq dərəcəsindən asılıdır. Odur ki, Azərbaycan Milli Məclisi tərəfdaş ölkələrin parlamentləri ilə, o cümlədən Belçika parlamenti ilə müxtəlif səviyyəli əlaqələr qurub. Bu əlaqələrin daha da intensiv və dinamik şəkildə inkişaf etdirilməsi üçün tərəfdaş ölkələrlə parlamentlərarası əlaqələr üzrə işçi qrupları yaradılıb. Bu işçi qruplardan biri də Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupdur. Analoji işçi qrupu Belçika parlamenti tərəfindən də yaradılıb. Cənab Filip Blanşarın rəhbərliyi ilə Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun ölkəmizə səfəri tanışlıq xarakteri daşıyır. Səfər çərçivəsində qonaqlar İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşüblər. Görüşlər zamanı hüquqi, demokratik dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi istiqamətində ölkəmizin əldə etdiyi irəliləyişlər, Azərbaycanda həyata keçirilən çoxşaxəli layihələr, Azərbaycan-Belçika mədəni əlaqələrin inkişafı imkanları və perspektivləri müzakirə edilib. Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsində keçirilən görüş zamanı qonaqlar Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində ölkəmizin 20% ərazisinin işğal edilməsi, həmin ərazilərdə işğalçı Ermənistan tərəfindən etnik təmizləmə siyasətinin həyata keçirilməsi, bir milyondan artıq insanın qaçqın və məcburi köçkün halına düşməsi, işğal nəticəsində regionda fövqəladə humanitar vəziyyətin yaranması faktları qonaqların diqqətinə çatdırılıb. Qonaqlar ölkəmizin iqtisadi inkişafını görmək məqsədilə “Caspian Fish” və “Səngəçal” neft terminalı ilə tanış olub, mənim millət vəkili seçildiyim Şamaxı rayonuna səfər ediblər.

– Belçika parlamentariləri ilə hər hansı müştərək fəaliyyət planı müzakirə etdinizmi?
– Belçika parlamentarilərinin ölkəmizə səfəri tanışlıq xarakteri daşısa da, biz onlarla gələcək fəaliyyətimiz barədə də müzakirələr apardıq və bu müzakirələr nəticəsində yaxın 1-2 il ərzində görüləcək işlər üzrə plan hazırladıq. Plan üzrə görüləcək işlər, əsasən, praktiki xarakterli olmaqla, Azərbaycanı Belçika cəmiyyətinə tanıtdırmaq, ölkəmizlə bağlı obyektiv və səmimi fikir formalaşdırmaq məqsədi daşıyır. Bu, çox vacib məsələdir. Belə ki, Belçika ümumavropa təşkilatlarının təsisatçılarından biridir, Avropa dəyərlərinin inkişaf etdirilməsi və genişləndirilməsində mühüm rol oynayır. Digər tərəfdən, Belçika Krallığı Avropa İttifaqının üzvü kimi Azərbaycanın dövlət müstəqilliyini 31 dekabr 1991-ci ildə tanıyıb, 17 iyun 1992-ci ildə isə ölkələrimiz arasında diplomatik münasibətlər qurulub. Hazırda ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensial var və Azərbaycanla Belçika arasında əməkdaşlıq bu potensialın səviyyəsinə uyğun gəlmir. Təkcə onu demək kifayətdir ki, Azərbaycanla Belçika arasında indiyədək cəmi 7 sənəd imzalanıb. Odur ki, Belçika parlamentariləri ilə hazırladığımız fəaliyyət planı ölkələrimizin əməkdaşlığında bu boşluqları aradan qaldırmaq və onu yeni səviyyəyə qaldırmaq məqsədi güdür.
– Qəbul edilmiş fəaliyyət planında hansı konkret işlərin görülməsi nəzərdə tutulur?
– Hazırladığımız fəaliyyət planında ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin qurulması nəzərdə tutulur. Belə ki, bir Azərbaycan universiteti ilə Belçika universitetlərindən biri arasında tələbə mübadiləsi və qarşılıqlı olaraq Azərbaycan və Belçika haqqında mühazirələrin oxunması planlaşdırılır. Bundan əlavə, Azərbaycanın televiziya kanallarından biri ilə Belçika telekanallarının birində ölkələrimiz haqqında proqramların hazırlanaraq translyasiya edilməsi, iki ölkənin iş adamlarının forumlarının təşkil edilməsi barədə razılığa gəldik. Fəaliyyət planında Belçika parlamentində 2011-ci ilin payızında Azərbaycanın dövlət müstəqilliyinin, 2012-ci ilin fevralında Xocalı faciəsinin, 2012-ci ilin iyun ayında ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20-ci illiyinə həsr edilmiş müzakirələrin aparılması və müvafiq tədbirlərin keçirilməsi öz əksini tapıb. Qeyd edim ki, Belçika-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri cənab Blanşar Thuin şəhərinin meridir. Şamaxı və Thuin şəhərlərinin qardaşlaşması istiqamətində müvafiq sənədlərin qəbul edilməsi və yaxın zamanlarda qarşılıqlı olaraq çeşidli tədbirlərə start verilməsi barədə razılıq əldə etdik. Bu tədbirlər sırasında hər iki şəhərin incəsənət adamlarının qarşılıqlı səfərləri, müştərək biznes layihələrinin gerçəkləşdirilməsi, 2012-ci ilin ortalarında Şamaxıda, 2011-ci ilin sonlarında isə Thuində biznes forumlarının keçirilməsi, 2012-ci ildə böyük şairimiz M. Ə. Sabirin anadan olmasının 150 illiyi münasibətilə Thuin şəhərində büstünün qoyulması, Sabir gününün qeyd olunması və s. nəzərdə tutulur.
– Yuxarıda qeyd etdiniz ki, Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Şamaxı rayonunda da olublar…
– Belçika parlamentariləri iyulun 7-də Şamaxı rayonunda oldular. Onlar Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədovla görüşdülər. Görüş zamanı Şamaxıda aparılan abadlıq işləri barədə qonaqlara məlumat verildi, qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə edildi. Bundan sonra qonaqlar Şamaxı rayonunun ən ucqar yaşayış məntəqələrindən biri olan qədim Qalaybuğurt kəndində oldular. Parlamentarilər Qalaybuğurt kəndində əhalisinin yaşayış şəraiti ilə tanış olduqdan sonra həmin kəndin sakinləri olan iki Azərbaycan övladının – Bəhlul və Ramilənin toy şənliklərinə qatıldılar. Mənim dəstəyimlə baş tutan və xalqımızın adət-ənənəsinə uyğun şəkildə keçirilən toy mərasimində Belçikalı parlamentarilərlə yanaşı, Milli Məclisin deputatları Qənirə Paşayeva, Əli Hüseynov, Xanhüseyn Kazımov, Rövşən Rzayev və Azər Kərimli, Azərbaycanın elm və mədəniyyət xadimləri, tanınmış müğənnilər, xalq artistləri Alim Qasımov və Şeyx Əbdül, əməkdar artistlər Zabit Nəbizadə və Azad Şükürov, gözəl ifaçımız Azərin xanım, tanınmış rejissor və aktyor Ramiz Əzizbəyli, muğam müsabiqələrinin iştirakçıları və “Xalq Ulduz”ları Vüsal İsrafilov, Valeh İsrafilov və digərləri iştirak etdilər. Yeri gəlmişkən qeyd edim ki, adlarını çəkdiyim müğənni və musiqiçilərin hamısı Şamaxı əsilli sənətkarlardır. Alim Qasımov başda olmaqla, onların hamısına toyda təmənnasız xidmətlərinə görə minnətdarlığımı bildirirəm. Qeyd edim ki, böyük sevinclə toylarında iştirak etdiyimiz Bəhlulun atası Mərdan kişi Qarabağ uğrunda döyüşlərdə iştirak edib və əlil olub, Ramilənin atası isə Sovetlər dövründə Əfqanıstan müharibəsi əlilidir. Gənc ailə üçün tikiləcək evin təntənəli təməlqoyma mərasiminin keçirilməsi toy şənliyi zamanı ən yadda qalan hadisə oldu. Dağlar qoynunda Azərbaycan xalq mahnılarının sədaları altında keçirilən bu mərasimdən sonra Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri cənab Filip Blanşar toy iştirakçılarına müraciət edərək bildirdi ki, Qalaybuğurta gəlməklə və bu toy şənliklərində iştirak etməklə Azərbaycanı yenidən kəşf edib. Sonra belçikalı qonaqlar böyük həvəslə yallı getdilər. Hesab edirəm ki, yeni tikiləcək bu evin təməl daşı eyni zamanda Belçika və Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın inkişafına bir təkan olacaq.
– Yaxın vaxtlarda Şamaxı rayonunda hansı işləri görməyi planlaşdırırsınız?
– Şamaxı rayonunda görüləsi işlər çoxdur və mən seçki kampaniyası zamanı seçicilərlə keçirdiyim görüşlər zamanı rayonda mövcud olan problemlərin həlli istiqamətində var gücümü əsirgəməyəcəyimə söz vermişəm. Bu istiqamətdə müəyyən işlər aparıram, nəticələr barədə danışmaq tezdir. Bildiyiniz kimi, seçicilərlə birbaşa təmasda olmaq, onların fikir və qayğılarını bölüşmək insani baxımdan vacib məsələlərdəndir. Qarşıdan mübarək Ramazan ayı gəlir. Bu ay ərzində Şamaxı rayonunun 59 kəndində seçicilərim üçün iftar süfrəsi açmağı planlaşdırıram və özüm də seçicilərimin arasında olacağam. Digər məsələ rayonun Çarhan kəndində tikilməkdə olan məscidlə bağlıdır. Belə ki, məlum olmayan səbəblər üzündən məscidin tikintisi yarımçıq dayandırılıb. Məscidin tikintisinin başa çatdırılaraq əhalinin istifadəsinə verilməsinə səy göstərəcəyəm. Bildiyiniz kimi, bu il əslən Şamaxıdan olan məşhur Azərbaycan şairi M. Ə. Sabirin anadan olmasının 150 illik yubileyi qeyd edilir. Bu münasibətlə biz may ayında Şamaxı rayonu üzrə müsabiqə keçirdik. Həmin müsabiqəni bu ilin avqust ayının sonlarından başlayaraq ölkə üzrə keçirməyi və gələn ilin may ayında Şamaxıda bitirməsini də planlaşdırmışıq. Digər məsələ seçicilərim arasında olan əmək veteranlarına xüsusi diqqət və qayğı göstərilməsi ilə bağlıdır. Belə ki, yaxın zamanlarda rayonun Məlikçobanlı kənd sakini, əmək veteranı Əfşan Aslanovanın 70 yaşı tamam olur. Ə. Aslanova 1961-ci ildən indiyədək Şamaxı rayonu Məlikçobanlı kənd kitabxanasının müdiri vəzifəsində çalışır. Bu ilin payız aylarında Şamaxı rayonunda Ə. Aslanovanın 70 illik yubileyi münasibətilə tədbir keçirməyi planlaşdırırıq.