Bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırıldı

 

Şamaxıdan millət vəkili, AVCİYA-nın prezidenti Elxan Süleymanovun təşəbbüsü, Söz Azadlığını Müdafiə Fondu  (SAMF) ilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş III bədii qiraət müsabiqəsinə yekun vurulub. 
Teleqraf.com-un məlumatına görə, Şamaxı Mədəniyyət Sarayında baş tutan təqdimat mərasimində musabiqənin gedişinə həsr olunmuş sərgiyə də baxış keçirilib.
Tədbiri giriş sözü açan Söz Azadlığını Müdafiə Fondunun sədri Musa Yaqub  layihə çərçivəsində təşkilat komitəsinin üzvlərinin rayon təhsil müəssisələrində  keçirdiyi görüşlərdən danışaraq, müsabiqəyə   böyük maraq olduğuu  və  III dəfə keçirilən müsabiqənin final turunda 193 nəfərin iştirak etdiyini dilə gətirmişdir. 

 

Şamaxıdan millət vəkili, AVCİYA-nın prezidenti Elxan Süleymanovun təşəbbüsü, Söz Azadlığını Müdafiə Fondu  (SAMF) ilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş III bədii qiraət müsabiqəsinə yekun vurulub. 
Teleqraf.com-un məlumatına görə, Şamaxı Mədəniyyət Sarayında baş tutan təqdimat mərasimində musabiqənin gedişinə həsr olunmuş sərgiyə də baxış keçirilib.
Tədbiri giriş sözü açan Söz Azadlığını Müdafiə Fondunun sədri Musa Yaqub  layihə çərçivəsində təşkilat komitəsinin üzvlərinin rayon təhsil müəssisələrində  keçirdiyi görüşlərdən danışaraq, müsabiqəyə   böyük maraq olduğuu  və  III dəfə keçirilən müsabiqənin final turunda 193 nəfərin iştirak etdiyini dilə gətirmişdir. Onun sözlərinə görə,  AVCİYA-nın prezidentinin təşəbbüsü ilə hər ay 29 nəfərə M.Ə.Sabir adına, iki nəfərə isə S.Ə.Şirvani adina təqaüd  verilir.
SAMF-ın sədri  ədəbiyyat müəllimlərinin iştirakı ilə keçirilən görüşlərin əhəmiyyətindən danışaraq üçüncü dəfə keçirilən müsabiqəyə edilən bəzi əlavələr haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
Qeyd edək ki, müsabiqənin təşkilində əsas məqsəd yeniyetmə və gənclər arasında M.Ə.Sabir yaradıcılığının təbliği, görkəmli şairin yaradıcılığının tədris prosessində təbliginə metodiki dəstək vermək, tədris prosessində fəal şagird və tələbələri üzə çıxarmaqla onları həvəsləndirməkdir.
Tədbirdə Şamaxı  RİH başçısının birinci müavini Qasım Qasımov, filologiya üzrə fəlsəfə doktoru  Eyvaz Eminalıyev, Məlhəm kənd tam orta məktəbinin ədəbiyyat müəllimi Rəfiqə Ağayeva,  o cümlədən münsiflər heyətinin üzvləri – M.Ə.Sabirin ev muzeyinin direktoru Rəqsanə  Xəlilzadə, əməkdar artistlər Azad Şükürov və Ağalar Bayramov çıxış edərək belə müsabiqənin keçirilməsinin əhəmiyyətindən danışaraq müsabiqənin təşilatçılarına minnətdarlıqlarını bidiriblər.
Sonda AVCİYA-nın prezidenti Elxan Süleymanov çıxış edərək Şamaxının Azərbaycan mədəniyyətinə çoxsaylı şəxsiyyət bəxş etdiyini və bunların arasında M.Ə.Sabirin xüsusi rolu olduğunu qeyd etmişdir. Millət vəkilinin sözlərinə görə, bu gün yeniyetmə və gənclərimizdə ədəbiyyata olan marağın artmasında bu cür müsabiqələrin təşkili xüsusi önəm kəsb edir. 
Qaliblərin yetişməsində ədəbiyyat müəllimlərinin  müstəsna xidmətləri olduğunu bildirən müsabiqənin ideya müəllifi bu dəfəki müsabiqədə  çoxsaylı qalibləri olan müəllimlərin də xüsusi diplomlarla  təltif edildiyi bildirib.
Çıxışının sonunda Elxan Süleymanov bu günədək keçirilən müsabiqə  qaliblərinin iştirakı ilə Bakıda geniş  teatrlaşdırlımış təqdimatın keçiriləcəyini birdirmiş, on iki nəfər qalibə diplom və pul mükafatları təqdim edib.

 

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları