Bakıda “Körpülərin salınması” adlı beynəlxalq konfrans keçiriləcək

Bakıda “Körpülərin salınması” adlı beynəlxalq konfrans keçiriləcək. “Azadinform” xəbər verir ki, konfrans Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Avropa Məsələləri üzrə İnstitutun (İNEA) təşkilatçılığı ilə baş tutacaq.

AVCİYA və İNEA arasında əvvəlcədən əldə edilmiş razılığa əsasən hazırlanan beynəlxalq konfrans siyasət, iqtisadiyyat, idman və elm-təhsil sahələrini əhatə etməklə, adı çəkilən sahələrdə Azərbaycan və Avropa Birliyi arasında əməkdaşlığın artmasına, qarşılıqlı anlaşma və etibarın yüksəlməsinə xidmət edir.

Qeyd edək ki, yerli dövlət və hökumət nümayəndələrinin də qatılacağı tədbirdə, konfrans iştirakçıları sırasında Avropa ölkələrində fəaliyyətdə olan siyasətçilər, həm də keçmiş dövlət məmurları, deputatlar, nazirlər və digər hökumət üzvləri, eləcə də Avropa Birliyi strukturlarının fəaliyyətdə olan və ya keçmiş məmurları da olacaq. İqtisadiyyat, elm və idman sahələrin də tanınmış xadimlərin konfransın müvafiq bölmələrinin işində təmsil olunacağı gözlənilir.

Xatırladaq ki, konfransın açılışı 27 sentyabr 2012-ci il tarixlərdə “Jumeirah Bilgeh Beach” otelinin konfrans zalında saat 10:00-da olacaq. Tədbir 28 sentyabr 2012-ci ildə işini yekunlaşdıracaq.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları