Bakıda “Körpülərin salınması” adlı beynəlxalq konfrans keçiriləcək
Məqsəd Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsidir
Sentyabrın 27-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Avropa Məsələləri üzrə İnstitutun (İNEA) təşkilatçılığı ilə Bakıda “Körpülərin salınması” adlı beynəlxalq konfrans keçiriləcək.

AVCİYA-dan bildiriblər ki, beynəlxalq konfrans siyasət, iqtisadiyyat, idman və elm-təhsil sahələrini əhatə etməklə, adı çəkilən sahələrdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın artmasına, qarşılıqlı anlaşma və etibarın yüksəlməsinə xidmət edəcək.
Qeyd edək ki, dövlət və hökumət nümayəndələrinin də qatılacağı konfransın iştirakçıları sırasında Avropa ölkələrində fəaliyyət göstərən siyasətçilər, keçmiş dövlət məmurları, deputatlar, nazirlər və digər hökumət üzvləri, eləcə də Avropa İttifaqının strukturlarında fəaliyyətdə olan şəxsləri də olacaqlar. İqtisadiyyat, elm və idman sahələrində tanınmış xadimlərin konfransın müvafiq bölmələrinin işində təmsil olunacağı gözlənilir.