Bakıda “İnsanlıq əleyhinə cinayətlər: Şamaxı soyqırımı” mövzusunda dəyirmi masa keçirilir

APA-nın məlumatına görə, tədbir Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosoasiyası (AVCİYA) və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu tərəfindən təşkil edilib. Dəyirmi masada çıxış edən AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov deyib ki, ermənilərin 1918-ci ilin martında Azərbaycanda törətdikləri soyqırımlar haqqında Azərbaycan lazımı səviyyədə təbliğat aparmayıb: “Bununla bağlı yanlız son illər beynəlxalq ictimaiyyət məlumatlandırılır. Ermənilərin Şamaxıda məskunlaşması 1828-ci ildən başlayıb. Rusiyanın imperiya siyəsətinə uygun ermənilər İran və Türkiyədən Şimalı Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən Şamaxıya köçürülüb. 1918-ci ilin mart-aprel aylarında ermənilərin azərbaycanlılara qarşı törətdikləri ən böyük soyqırımlar baş verib. Şamaxı qəzasının 53 kəndində ermə

nilər tərəfindən 8027 nəfər azərbaycanlı qətlə yetirilib”.

Hazırda ermənilərin Kaliforniyada qondarma “Sumqayıt soyqırımı” məsələsini gündəmə gətirdiyini deyən millət vəkili bütüm Azərbaycan siyasətçiləri və ictimaiyyəti ermənilərin anti-Azərbaycan təbliğatına qarşı çıxmağa çağırıb.

Tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı bildirib ki, 2007-ci ildə Quba şəhərində 1918-ci ilə aid kütləvi məzarlıq aşkar edilib. Onun sözlərinə görə, 1918-ci il erməni vəhşiliklərinə dair faktları aşkar etmək üçün Şamaxı ərazisində qazıntıların aparılmasına ehtiyac var: “Bəzi mülahizələrə görə, 1918-ci ildə ermənilər tərəfindən qətlə yetirilən Şamaxı sakinləri Kələxana və Süleyman dərələrində dəfn edilib. Gələcəkdə bu ərazilərdə arxeoloji qazıntılar zamanı yeni kütləvi məzarlıqların tapılması istisna deyil”.

10 Mart 2012 11:53

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları