Bakıda “Sərsəng – humanitar faciəsinin qarşısının alınması” layihəsinin təqdimatı keçirilib

Bakıda bu gün “Sərsəng – humanitar faciənin qarşısının alınması” layihəsinin təqdimatı keçirilib.

SalamNews xəbər verir ki, layihə Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşəbbüsü ilə həyata keçirir və bu gün həmin layihənin ictimai təqdimat mərasimi keçirilib.

AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov bildirib ki, hazırda Ermənistanin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsinə 4 su anbarı, o cümlədən Sərsəng su anbarı ermənilərin işğalı altındadır: “Bu su anbarlarının dağıdılması nəticəsində ərtaf rayonlarda böyük fəlakət törənə bilər. Ermənilər bunu qəsdən də edə bilərlər”. Onun sözlərinə görə, 1976-ci ildə inşa edilmiş və 560 mil kubmetr su tutumuna malik Sərsəng su anbarının hündürlüyü 25 metrdir. Bu su abarında nəsə baş verərsə, ətrafdakı bir neçə rayonu su altında qoya bilər.

V.Əlibəyov bildirib ki, layihənin məqsədi Ermənistan respublikası ilə həmsərhəd ərazilərdə və erməni silahlı qüvvələrinin işğal etdiyi ərazilərdə Sərsəng sun anbarı daxil olmala su anbarlarının həmsərhəd və işğal zonası ilə qonşu ərazilərdə yaşayan insanların həyatı və əmlakı üçün törədə biləcəkləri təhlükənin qarşısının alınmasına nail olunmasıdır.

AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov qeyd edib ki, bu çox mühüm və böyük haray qoparılması lazım olan hadisədir. Çünki əgər bu su anbarında hər hansı bir hadisə baş versə, anbar partlasa və ya ermənilər tərəfindən partladılsa, bölgədəki 500 min əhalini böyük təhlükə gözləyir.

“ 21 ildir ki, Sərsəng su anbarı ermənilərin əlindədir. Ancaq bu illər ərzində ətraf rayonların əhalisi özü də bu vəlvələni duymayıb. Bu anbar təmir olunmalıdır. Baxımsızlıq ucabtından orada qəzalı vəziyyətin olması qaçılmazdır. Gələcəkdə törənə biləcək böyük fəsadları dünya ictimiayyətinə çatdırmalıyıq”, millət vəkili qeyd edib.

Layihənin icrası zamanı BMT Baş Məclisinin Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, Nazirlər Şurasının, ATƏT-in sədrinin və ATƏT-in Minsk Qrupu həmsədrlərinin su anbarlarındkaı bəndlərin dağılması və dağıdılması risqi və nəticlələri barədə məlumatlandırılacaq. Bundan əlavə, su anbarlarının texniki vəziyyətinin mütmadi monitorinqinin keçirilməsi, su anbarlarından axının həcminin mövsüm ərzində dəyişməsi nəticəsində Azərbaycan iqtisadiyyatına vurduğu zərərin qiymətləndirilməsi, su anbarlarında qəza baş verəcəyi təqdirdə bölgə əhaslinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəaliyyət proqramının hazırlanması, eləcə də Ermənəstan Respublikası və silahlı qüvvələrinin su anbarlarında qəza törtəməsi vasitəilə ölkə əhalisi üçün yaradacaq risqlər Beynəlxalq istimaiyyətin və bölgə əhalsinin məlumatlandırılması nəzərdə tutulur.

Qeyd edək ki, layihə 18 ay ərzində həyata keçirəcək. Layihə çərçivəsində Meliorasiya və Su Təsərrüfatı Agentliyi ilə əməkdaşlıq edilir. Nöövbəti mərhələdə ona digər dövlət strukturları və QHT-lər də cəlb ediləcək.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları