Azərbaycanın uzunömürlü sakini, 113 yaşlı Narınc nənə vafat edib
Şamaxınınn yaşlı sakini, 113 yaşlı Narınc nənə dünyasını dəyişib. Bu barədə Modern.az-a Şamaxının millət vəkili Elxan Süleymanov məlumat verib.
1900-cü il təvəllüdlü Narınc Müzəffər qızı Nərimanova həyatının son günlərinə kimi doğulduğu Avaxıl kəndinin xeyrində və şərində yaxından iştirak edirmiş. Buna görə də yalnız bir nəslin deyil, bütöv bir elin ağbirçəyi sayılırdı…
“2010-cu ildə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı onu daha yaxından tanımaq imkanım yarandı. Qısa bir müddət ərzində aramızda əsl ana-oğul ülfəti yarandı. Bu ülfət həyatım boyu mənimlə qalacaq. Narınc ananın vəfatı ilə bağlı bütün yaxınlarına, Avaxıl kəndinin sakinlərinə, eləcə də bütün şamaxılılara dərin hüznlə başsağlığı verirəm. ALLAH rəhmət eləsin!”-deyə Elxan Süleymanov bildirib.