“Azərbaycanın geosiyasəti və Avropa enerji tehlükəsizliyi”

Üç Nöqtə- Gündəlik qəzet

Bu gün Vyanada nüfuzlu “İndustrie Magazin Vertag” qrupu ilə birgə təşkil edilən “Azərbaycanın geosiyasəti və Avropa enerji tehlükəsizliyi” adlı beynəlxalq konfrans baş tutub. Bu barədə məlumat verən Azərbaycan parlamentinin deputatı Fazil Mustafa bildirib ki, konfransda çox maraqlı müzakirələr olub: «Tədbirdə Avstriyanın və Avropanın müxtəlif ölkələrinden gəlmiş siyasi xadimlər ve ekspertlər iştirak edirdi. Azərbaycan tərəfini sənaye və energetika naziri Natiq Əliyev, millət vəkilləri Elxan Süleymanov, Qüdrət Həsənquliyev və mən təmsil edirdik. Tedbiri Avstriyanın keçmiş kansleri A.Gusenbauer aparırdı. Avropalı ekspertlərdən G.Mangott, V.Astrov, A.Şir-On, A.Urso Azərbaycanla bağlı maraqlı çıxışlar etdilər». Tədbirdə Azərbaycan tərəfindən məruzəçi kimi sənaye və energetika naziri Natiq Əliyev və millət vəkili Elxan Süleymanov Azərbaycanın problemlərini çoxsaylı ekspertlerin və nüfuzlu qəzet, televiziya jurnalistlərinin diqqətinə çatdırıblar: «Millət vəkili Qüdrət Həsənquliyev və mən çıxışlarımızda Dağlıq Qarabağ məsələsinin həll olunmamasında Rusiya faktorunun təsirlərindən danışdıq».

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları