Azərbaycanlı deputat Avnonest PA-da Ermənistandakı saxta seçkilərlə bağlı bəyanat verdi

 

Assambleyanın vitse-prezidenti, Azərbaycan nümayəndə heyətinin rəhbəri, AŞPA-nın üzvü, deputat Elxan Süleymanov bəyanatla çıxış edib.
 
Bəyanatda deyilir:
18 fevral 2013-cü ildə Ermənistanda prezident seçkiləri keçirilmişdir. Beynəlxalq ictimaiyyət seçkilər zamanı “dövlət administrasiyasının bitərəf olmaması, inzibati resurslardan sui-istifadəni” qeyd etmişdir və seçicilərə təzyiq hallarından narahatlıq ifadə etmişdir. Seçki günü “vəzifəli şəxsləri təmsil edən nümayəndələr tərəfindən prosesə qeyri-müvafiq müdaxilə olmasını və bəzi ciddi qanun pozuntularını” müşahidə etdiklərini bildirmişlər.

 

Assambleyanın vitse-prezidenti, Azərbaycan nümayəndə heyətinin rəhbəri, AŞPA-nın üzvü, deputat Elxan Süleymanov bəyanatla çıxış edib.
 
Bəyanatda deyilir:
18 fevral 2013-cü ildə Ermənistanda prezident seçkiləri keçirilmişdir. Beynəlxalq ictimaiyyət seçkilər zamanı “dövlət administrasiyasının bitərəf olmaması, inzibati resurslardan sui-istifadəni” qeyd etmişdir və seçicilərə təzyiq hallarından narahatlıq ifadə etmişdir. Seçki günü “vəzifəli şəxsləri təmsil edən nümayəndələr tərəfindən prosesə qeyri-müvafiq müdaxilə olmasını və bəzi ciddi qanun pozuntularını” müşahidə etdiklərini bildirmişlər.
Ancaq beynəlxalq ictimaiyyətin bu ciddi qeydləri bizi narahat etmir. Bizi seçki kampaniyası dövründə prezidentliyə namizədlərdən birinə sui-qəsd təşkil edilməsi və odlu silahdan atəş nəticəsində onun yaralanması,  prezidentliyə namizədlərdən digərinin seçki kampaniyası zamanı baş verən pozuntulara etiraz olaraq aclıq aksiyası keçirməsi və, nəhayət, çoxsaylı və ciddi hüquq pozuntularına etiraz olaraq Ermənistan cəmiyyətinin böyük bir hissəsinin seçkilərin nəticələrini tanımaması da bizi narahat etmir. 
Lakin bizi narahat edən və dərindən təssüfləndirən beynəlxalq ictimaiyyətin Ermənistanda keçirilmiş prezident seçkilərini demokratiya, insan hüquqları və hüququn aliliyi prizmasından müsbət qiymətləndirilməsidir. Hər halda bu ölkə qonşusu Azərbaycana qarşı silahlı təcavüz edib, indiyədək 20% Azərbaycan ərazilərini hərbi işğal altında saxlayır, işğal etdiyi ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beləliklə, bir milyona yaxın azərbaycanlının insan hüquqlarını kütləvi və kobud şəkildə pozub, onları qaçqın və məcburi köçkünə çevirib. Xatırlayın ki, tək Azərbaycan deyil, bütövlükdə dünya ictimaiyyəti dəfələrlə Ermənistanı törətdiyi bu hərbi cinayətlərə görə beynəlxalq-hüquqi məsuliyyət daşıması faktı ilə üz-üzə qoyub. Ermənistanın işğalçılıq fəaliyyəti, törətdiyi müharibə cinayətləri və insanlığa qarşı cinyətləri demokratiya, insan hüquqları və hüququn aliliyi ilə nəinki ziddiyət təşkil edir, hətta bu dövlətin həmin prinsipləri tanımaq belə istəmədiyini sübut edir. Odur ki, Ermənistanda keçirilmiş prezident seçkilərinin beynəlxalq ictimaiyyət tərəfindən demokratiklik, insan hüquqları və hüququn aliliyi prizmasından qiymətləndirmələri bu dəyərlərə hörmətsizliyin təzahürü kimi qiymətləndirilir.
Ağırlaşdırıcı məqam həm də ondan ibarətdir ki, Azərbaycanın Xocalı şəhərində 26 fevral 1992-cı ildə günahsız mülki əhaliyə qarşı ağır soyqırımı törətmiş erməni silahlı birləşmələrinin komandiri Serj Sarkisyan prezident seçilib. 
Vaşinqtonda yerləşən Beynəlxalq Sülh uğrunda Karnegi Fondunun hazırki baş əməkdaşı Tomas de Vaal “Qara bağ. Ermənistan və Azərbaycan sülh və müharibə arasında” adlı kitabında yazır ki, erməni hərbi komandiri Serj Sərkisyandan Xocalının zəbt edilməsi haqqında danışmağı xahiş etdikdə, o, bildirdi ki, “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bu stereotipi sındırmağı bacardıq”. 
Serj Sərkisyan Xocalıda mülki əhaliyə qarşı etnik zəmində törədilmiş qanlı cinayətlərin müəlliflərindən biri və iştirakçısı olduğunu həqiqətən etiraf edir. Lakin bu gün dünya günahsız mülki əhaliyə qarşı qəddarcasına kütləvi qırğınının törədilməsində birbaşa məsuliyyəti olan Sərkisyanın yenidən Ermənistanın prezidenti seçilməsinin şahidi olur. 
Ən anlaşılmaz məqam isə odur ki, beynəlxalq ictimaiyyət bu seçkiləri və onun nəticələrini demokratiklik, insan hüquqları və hüququn aliliyi prizmasından qiymətləndirməklə Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və 20% ərazilərin 25 illik  işğalı faktına, törədilən bütün müharibə cinayətlərinə, insanlığa qarşı cinayətlərə laqeyd münasibətini nümayiş etdirir və hətta müharibə cinayətkarının dövlət başçısı seçilməsini təqdir edir. Beynəlxalq ictimaiyyət bununla da öz sənədlərində ehtiva etdiyi demokratik dəyərlər, insan hüquqlarına hörmət, hüququn aliliyi kimi bütün fundamental normaları ciddi şübhə altına almışdır. Bu isə bütövlükdə demokratik dəyərlər sisteminin və onların qiymətləndirilməsinin korroziyaya məruz qalmasından xəbər verir.
Təssüfləndirici haldır ki, beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən bir milyona yaxın Azərbaycan vətəndaşlarının insan hüquqlarının kütləvi və kobud şəkildə pozulmasına, 20 ildən artıq müddətdə qaçqın və məcburi köçkünlərin mövcudluğuna və onların öz yurdlarına qayıtmaq və təhlükəsiz yaşamaq kimi əsas hüquqlarının təmin edilməməsinə göz yumur. 
Digər tərəfdən, görünür ki, belə ağır cinayətlərə görə rəsmi məsuliyyət daşıyan hakimiyyətin təşkil etdiyi seçkilərin əsl mahiyyəti beynəlxalq ictimaiyyəti düşündürmür və Ermənistanın törətdiyi təcavüz cinayətləri, müharibə cinayətləri və insanlığa qarşı cinayətlər açıq-aydın insan hüquqları və demokratiyaya dair bütün prinsiplərə zidd olmasına baxmayaraq, ən mühüm beynəlxalq təşkilatlar: ATƏT DTİHB, ATƏT PA, AŞ PA və Avropa Parlamentini təmsil edən rəsmi nümayəndə heyətlərinin çox hörmətli üzvləri bu seçkiləri təqdir edir. Belə antidemokratik mövqe digər üzv ölkələr arasında yeni mübahisələrə təkan verə, hətta gələcəkdə müharibələrə zəmin yarada və şübhəsiz, dünya xalqlarının demokratiyaya olan inamını sarsıda bilər.
Biz işğalçı dövlət olan Ermənistanda  keçirilmiş seçkilərə və xüsusilə də günahsız mülki əhaliyə qarşı ağır cinayətlər törətmiş bir şəxsin prezident seçilməsinə beynəlxalq ictimaiyyət tərəfindən demokratiklik, insan hüquqlarına hörmət və hüququn aliliyinə riayət edilməsi müstəvisində qiymət verilməsi cəhdlərinə etiraz edirik və bu seçkiləri qeyri-legitim hesab edirik.
Qeyd edilənləri nəzərə alaraq, beynəlxalq ictimaiyyətdən və seçkiləri rəsmi müşahidə missiyalarından Ermənistanda keçirilmiş prezident seçkilərini, Serj Sərkisyanın prezident seçilməsini qeyri-legitim hesab etməyə çağırırıq. Eyni zamanda, Avropa İttifaqını Azərbaycan əraziləri hərbi işğaldan azad edilməyənədək Ermənistanla Assosiasiya sazişi imzalamaqdan imtina etməyə, ATƏT və AŞ Parlament Assambleyalarında, Avropa Parlamentində və digər beynəlxalq təşkilatlarda yaranmış vəziyyətin müzakirə edilməsini tələb edirik.
Nəzərə almaq lazımdır ki, Ermənistandakı seçkilərin yalnız ədalətli qiymətləndirilməsi Ermənistanın Azərbaycana qarşı davam edən hərbi işğalı səbəbindən Azərbaycan və erməni xalqları arasında mövcud düşmən münasibətlərinin dərinləşməsinin qarşısının alınmasına kömək edəcəkdir. Bu, həmçinin digər ölkələrdə yeni işğalçı müharibələrin baş verməsinin qarşısını almağın yeganə yoludur.

 

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları