Azərbaycana gələcək Avropa Parlamentinin seçki müşahidə missiyasının tərkibi açıqlandı
Avropa Parlamentinin Azərbaycanda 9 oktyabrda keçiriləcək prezident seçkilərini müşahidə missiyasının tərkibi açıqlanıb.
AZADİNFORM Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanova istinadən xəbər verir ki, Avropa Parlamenti seçkiləri müşahidə missiyasının Avropa Xalq Partiyasından (EPP) 2 nəfər, Liberal-Demokratlar (ALDE), Avropa Mühafizəkar və İslahatçılar, Avropa Azadlıq və Demokratiya (EFD), Birləşmiş Solçular və Sosialistlər qruplarının hər birindən bir nəfər olmaqla 7 nəfərdən ibarət tərkibi müəyyənləşib.
Missiyanın rəhbəri Sosialistlər qrupunun üzvü, İtaliyalı parlamentari Pino Arlaki təyin edilib.