Azərbaycan Prezidenti Əliyev: Avropa Ermənistanın Dağlıq Qarabağı işğal etməsinə reaksiya verməlidir
Strasburq, Fransa, 25 iyun 2014-cü il
Çərşənbə axşamı Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasına (AŞPA) müraciət edərək, beynəlxalq ictimaiyyətdən qəbul etdiyi bir çox qətnamələri icra etməyi və Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını qeyri-qanuni işğal etdiyinə görə Ermənistanı məsuliyyətə cəlb etməyi tələb edib.
Azərbaycanın öz ərazisində işğala və etnik təmizləməyə məruz qaldığını qeyd edən Əliyev dünyanın diqqətini “bütövlükdə regionu təhlükəyə atan” münaqişəyə yönəltməyə çağırıb.
Ermənistanın öz qüvvələrini geri çəkməsini tələb edən BMT, Avropa Parlamenti, Avropa Şurası və digər qurumların qətnamələrinə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonu iyirmi ildən artıqdır ki, Ermənistan tərəfindən işğal edilib. Ermənistandan 250,000 nəfər və Dağlıq Qarabağ və Azərbaycanın işğal edilmiş digər rayonlarından 700,000 nəfər olmaqla, bir milyondan artıq azərbaycanlı hazırda məcburi köçkünə çevrilib.
Bununla bağlı Əliyev nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və bəyannamələrin icrası üçün mexanizmin olmadığını və üzv dövlətlərin öz qərarlarının yerinə yetirilməsi üçün tamamilə könüllü tədbirlərə arxalandıqlarını qeyd edib. Bu mexanizm olmadan “qətnamələr mahiyyətini itirir”, – deyərək o əlavə edib.
Əliyev digər ölkələrin ərazilərinin qanunsuz zəbt edilməsi zamanı işlənilən “ikili standartların” nə olduğunu açıqlayıb. O bildirib: “Bəzi BMT qətnamələri bir neçə saat ərzində yerinə yetirilir, lakin bizə gəldikdə, artıq 20 il ötür. O, Azərbaycanın sülh danışıqlarına sadiq qaldığını vurğulayaraq, eyni zamanda “dondurulmuş” adlandırılan münaqişənin həmişəlik dondurulmuş qala bilməyəcəyini söyləyib.
Əliyev Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə Sədrliyinin təntənəli qeyd edilməsi üçün Strasburqa səfər edib. Öz çıxışında o, həmçinin Azərbaycanın sədrliyindən cəmiyyətin inkişafını ləngidən “xəstəlik”, “yamanlıq” kimi izah etdiyi korrupsiya ilə mübarizənin möhkəmlənməsi üçün istifadə edəcəyini vurğulayıb. Əliyev bunun xüsusilə keçmiş Sovet İttifaqı ölkələri üçün vacib olduğunu deyib. O, “korrupsiyanın mövcudluğunun ölkələrimizə ciddi ziyan gətirdiyini” bildirib.
Eyni zamanda Azərbaycan Rusiyanın Krımı özünə qanunsuz olaraq birləşdirməsinə qarşı son səylərə paralel olaraq, AŞPA-da azərbaycanlı deputat və AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov tərəfindən hazırlanmış qətnamə layihəsini təqdim edib. Sənəd qəbul ediləcəyi təqdirdə Azərbaycan ərazilərini işğal etdiyinə görə Ermənistana qarşı siyasi addımlar atılacaqdır. May ayında Rusiya Federasiyası Krım hadisələri ilə bağlı sanksiyalara əsasən, Avropa Şurasında səsvermə hüququndan məhrum edilmişdir.
İngilis, Alman və Fransız dillərində 220 saytda yerləşdirilib.