Azay Quliyev: “Avronest PA Ermənistanı işğalçı kimi tanıyıb”
5 aprel 2012- ci il
“Nə Ermənistan nümayəndə heyəti, nə də Avronest rəhbərliyi etiraz edə bilməyəcək…”
Avronest Parlament Assambleyasının Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitədə müzakirə olunan və Avronest Parlament Assambleyasının sessiyasında qəbul edilən qətnamə layihəsində mühüm məqam yer alıb.
Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitəsinin üzvü, millət vəkili Azay Quliyev Lent.az-a açıqlamasında deyib ki, qətnamə layihəsində Avropa dəyərləri, Avropa Parlamenti , Avronest Parlament Assambleyasının gələcəkdə fəaliyyətini qurmaq üçün hansı əsaslar üzərində fəaliyyət göstərəcəyi, hansı sənədlərə istinad ediləcəyi əksini tapıb.

Azay Quliyev bildirib ki, qətnamə layihəsinə Azərbaycan tərəfinin təklifilə bir maddə əlavə edilib. Bu maddəyə əsasən Avronest Parlament Assambleyası Avropa Parlamentinin 20 may 2010-cu ildə qəbul etdiyi “Cənubi Qafqazda vəziyyətə dair” qətnaməsini xüsusi olaraq qeyd edir və ona istinad edir. Həmin qətnamədə Cənubi Qafqaz ölkələrinin vəziyyəti, üzləşdikləri problemlər, çətinliklər qeyd olunur: “Xüsusi hal ondan ibarətdir ki, Avropa Parlamentinin həmin qətnaməsində Dağlıq Qarabağla bağlı ayrıca yarımfəsil var. Həmin fəslə əsasən Ermənistan işğalçı dövlət kimi qəbul edilir. Azərbaycan ərazilərinin, Dağlıq Qarabağ və ətrafdakı 7 rayonun Ermənistan tərəfdən işğal edildiyi qeyd olunur. Eyni zamanda məcburi köçkünlərin qeyd-şərtsiz öz torpaqlarına qayıtmasının zəruriliyi vurğulanır, Ermənistanın buna əngəl törətməsi ilə bağlı müddəalar əksini tapır. Ermənistana çağırış edilir ki, Ermənistanın öz torpaqlarına qayıtmasına şərait yaratsın. Dağlıq Qarabağ probleminin də Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinin zəruriliyi qeyd edilir”.
Azay Quliyev bildirib ki, Avronest Parlament Assambleyası 1 ildir ki, yaranıb: “Çox təqdirəlayiq haldır ki, Avronest Parlament Assambleyasının ikinci sessiyasında da bu qətnamə qəbul edildi. Bu da o deməkdir ki, bundan sonra Avronest Parlament Assambleyası və Assambleyanın Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitəsinin istinad edəcəyi sənədlər sırasında Avropa Parlamentinin 20 may 2010-cu ildə qəbul etdiyi sənəd də var. Bu, çox önəmldir. Çünki biz Avronest Parlament Assambleyasında Dağlıq Qarabağ məsələsini qaldıran, Ermənistanın işğalçılıq faktını qeyd edən zaman ermənilər hər vəchlə qəti şəkildə etiraz edirdilər, deyirdilər ki, bu, Avronest Parlament Assambleyasının mandatına uyğun deyil, Avronest Parlament Assambleyası bu işlə məşğul ola bilməz, bunun hüquqi əsası yoxdur. İndi Avropa Parlamentinin həmin qətnaməsinə istinad qəbul olunduqdan sonra Avronest Parlament Assambleyasında ciddi hüquqi əsas yaranacaq. Artıq bundan sonra Azərbaycan nümayəndə heyəti tərəfindən Dağlıq Qarabağ məsələsi, Azərbaycanın işğal edilmiş torpaqları ilə bağlı məsələ qaldırılmasına nə Ermənistan nümayəndə heyəti, nə də Avronest Parlament Assambleyasının rəhbərliyi etiraz edə bilməyəcək. Mən bunu böyük uğur, çox ciddi siyasi sənəd hesab edirəm. Hesab edirəm ki, bundan sonra Avronest Parlament Assambleyası münaqişələrlə bağlı sənəd müzakirə edərkən mütləq şəkildə özünün qəbul etdiyi qətnaməyə istinad etməlidir. Bu da Bakı qətnaməsinin ən uğurlu tərəflərindən biridir”./lent.az