Azərbaycanlı deputatlar Belçikaya gedir

Bu gün Milli Məclisin Belçika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Belçikanın paytaxtı Brüsselə səfərə yola düşür. Bu barədə məlumatı “Azadinform”a parlamentdən veriblər.

Nümayəndə heyətinə qrupun rəhbəri Elxan Süleymanov, deputatlar Fuad Muradov, Zahid Oruc, Fazil Mustafa, Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Qənirə Paşayeva, Azər Kərimli və Ceyhun Osmanlı daxildirlər.

Deputatlarımız Belçika Parlamentinin Nümayəndələr Palatasında təşkil edilən “Dağlıq Qarabağ münaqişəsi – hüquqi və humanitar aspektlər”, “İşğal edilmiş ərazilər, unudulmuş ərazilər” mövzularında müzakirələrdə iştirak edəcəklər. Tədbir 1988-ci ildən indiyədək Azərbaycanın keçdiyi tarixi yolu və Dağlıq Qarabağ regionundakı mövcud humanitar vəziyyəti ictimailəşdirmək, həmçinin Belçikanın siyasi hakimiyyət dairələrinin diqqətini bu vacib məsələyə yönəltmək məqsədi daşıyır.
Müzakirələrdə ölkənin tanınmış siyasətçiləri, rəsmi dövlət adamları və deputatlar iştirak edəcəklər. Milli Məclisin deputatları müzakirələrdə fəallıq göstərəcək, Azərbaycan reallıqlarını, Dağlıq Qarabağ həqiqətlərini bir daha Avropa ictimaiyyətinin diqqətinə çatdıracaq, münaqişənin həllində destruktiv mövqe tutan işğalçı Ermənistanın riyakar siyasətini ifşa edəcəklər.
Səfər çərçivəsində Azərbaycan parlamentarilərinin  Belçika Parlamenti Nümayəndələr Palatasının sədri Andre Flaho ilə, həmçinin Belçika diplomatiyasının nüfuzlu nümayəndələri ilə görüşləri də nəzərdə tutulur.
Səfər martın 8-də başa çatacaq.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları