Azərbaycanlı deputat Avropa Parlamentinin prezidentinə müraciət etdi

Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şulza müraciət edib.
Modern.az xəbər verir ki, E.Süleymanov müraciətində bildirib:

– Hörmətli Prezident Şulz,
Sizə Azərbaycanın Avronest Parlament Assambleyasındakı Nümayəndə heyətinin rəhbəri kimi və Avropa Parlamentinin 13 sentyabr 2012-ci ildə qəbul etdiyi Qətnaməyə cavab olaraq yazıram.

İttifaqınızı dünyada ümid mayakı etmiş əsas dəyərlərinizə olan sadiqliyimizi bir daha xatırlatmaq istərdik. Vətənim Azərbaycan Respublikası bütövlükdə demokratikləşmə və qanunun aliliyi yolundadır və insan hüquqlarına dərin hörmət bəsləyirik. Qeyd etməliyik ki, qurumunuzun verdiyi ismarışlar bizim üçün çox vacibdir və media və administrasiyada geniş müzakirə edilir.

Əlbəttə, Azərbaycanın mürəkkəb vəziyyətindən xəbərdarsınız. Ölkəmiz çiçəklənən iqtisadi inkişafa malikdir, lakin ərazisinin beşdə bir hissəsi işğal altında olmaqla, digər əsrə məxsus müharibədə və böyük güc və maraqlar arasında dalana dirənmişdir. Bu səbəbdən Azərbaycan Avropaya baxanda yalnız dostları görür. Biz Komissiya ilə əməkdaşlıq çərçivəsində qanunverici islahatlar həyata keçirməyə çalışır, daha çox tələbələrimizi Avropa universitetlərinə göndərməyə diqqəti yönəldirik və inkişaf etmiş ticarət və kommunikasiya ilə dərindən maraqlanırıq.

Beləliklə, cənab Prezident, bu səbəbdən biz sentyabrın 13-ü qurumunuzda qəbul edilmiş qətnaməyə görə çox narahat idik.

Parlamentinizin təcili prosedurunun əsaslandığı 122-ci qaydanın miqyasından tamamilə kənar bir hadisə olan Ramil Səfərovun işini müzakirə edən qətnamə hər zaman Avropanın sözlərini dinləyən və onlara riayət etməyə hazır olan bizlər üçün şok idi.

Müzakirə və səsverməyə nəzər salaraq anladıq ki, Avropa Parlamenti əslində Macarıstan və onun daxili siyasi mübarizələrinə dair müzakirə aparırdı və bəzi siyasətçilər Macarıstandakı həmin proseslərin bu və ya digər hissəsinə hücum etmək üçün bu məsələdən sadəcə istifadə etdi.

Cənab Prezident,

Fikrimizcə, çox narahatedici haldır ki, tələsik keçirilən və müzakirədə iştirak edənlərin bir çoxunun Azərbaycan və Ermənistanda vəziyyətdən sadəcə məlumatsız olduğu prosedurda Parlament üzvlərinin 10%-dən az hissəsi bu cür sənədə səs verə bilər. Hətta mənsub olduğunuz siyasi ailə – Sosial-Demokratlar Qrupunun üzvləri mətni səhvən dəstəklədikdən sonra səslərini dəyişdilər.

Bu məsələyə dair böyük bir xahişimi sizə çatdırmaq istəyirəm. Biz Parlamentin bizi müzakirə etməsini yüksək qiymətləndiririk. Müzakirələri təqdir edir və onlardan öyrənə biləcəyimizi düşünürük. Lakin biz belə müzakirələrin məlumatlı keçməsini və ölkəmizdəki real faktlara əsaslanmasını istərdik, çünki sentyabrın 13-ü təqdim edilmiş mətn və onun müzakirəsinin işğal edilmiş ərazilər və ya Azərbaycandakı müharibə ilə heç bir əlaqəsi yoxdur – bu, Macarıstanlı AP deputatları və onların müvafiq müttəfiqləri arasındakı siyasi məsələ idi. Sizdən vəziyyətimizə ciddi yanaşmağınızı və neçə illərdən bəri azad və demokratik dövlət kimi potensialımıza nail olmağımızın qarşısını almış işğala dinc yolla həll tapmaq səylərimizi dəyərləndirməyinizi xahiş edirik.
Cənab Prezident, inanıram ki, fikirlərimizi Parlamentinizə çatdıracaqsınız.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları