Azərbaycanla Polşa arasında təhsil sahəsində əməkdaşlıq müqaviləsi imzalanacaq
Yaxın zamanlarda Azərbaycanla Polşanın təhsil nazirləri arasında təhsil sahəsində qarşılıqlı əməkdaşlıq barədə müqavilə imzalanacaq.
Gün.Az xəbər verir ki, bunu “Avronest” Parlament Asssambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Elxan Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Polşaya səfərinin yekunlara həsr olunmuş mətbuat konfransında Azərbaycan təhsil naziri Misir Mərdanov deyib.

O. bildirib ki, Polşaya səfər çərçivəsində həmin ölkənin elm və təhsil naziri ilə görüşüb və onun Azərbaycana səfərə dəvət edib.
“Bu səfər reallaşana kimi isə biz Azərbaycanla Polşa arasında təhsil sahəsində əməkdaşlıqla bağlı müqaviləni hazırlamağı və həmin sənədi gözlənilən səfər zamanı Bakıda imzalamaq istəyirik”.
Təhsil naziri qeyd edib ki, bugün Polşa universitetlərində 65 nəfər azərbaycanlı təhsil alır ki, onlar da öz vəsaitləri hesabına oxuyurlar.
“Bildiyimiz kimi xaricdə təhsillə bağlı dövlət proqramında Polşanın 2 universiteti də yer alıb. Ancaq təəssüf ki, hələ ki, Azərbaycandan tələbə göndərə bilməmişik. Ona görə Polşanın elm və təhsil naziri ilə görüşdə bu məsələ ətrafında da fikir mübadiləsi apardıq.
Bununla yanaşı “qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində Azərbaycan və Polşa məktəblərinin qardaşlaşması da müzakirə olundu və razılığa gəlindi. Onu da qeyd edim ki, səfər zamanı Polşanın xarici işlər nazirinin müavini və Polşanın Prezident Administrasiyasının rəhbəri və həmin ölkənin nüfuzlu ali məktəblərinin rektorları ilə görüşlər və müzakirələr keçirdik.