Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Avropa Parlamentinin üzvlərinə müraciət edib

Milli Məclisin üzvü, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Ramil Səfərovun Azərbaycana qaytarılması və əfv olunması ilə əlaqədar Avropa Parlamentində hazırlanmış qətnamə ilə bağlı qurum üzvlərinə müraciət edib. APA-nın xəbərinə görə, müraciətdə xatırladılır ki, R. Səfərov Macarıstanda məhkum edilib və həmin ölkədə 8 il 6 ay müddətində həbsdə olub: “Sonra o, məhkum edilmiş şəxslərin ekstradisiyası barədə Avropa Konvensiyasının müddəalarına tam riayət edilərək vətəni Azərbaycana ekstradisiya edilib.

Azərbaycan prezidenti isə öz qanuni və konstitusion səlahiyyətlərindən istifadə edərək R. Səfərovun əfv olunmasına dair fərman imzalayıb. Burada insan hüquqları pozulmayıb. Cinayət vardı, hökm vardı və qanuni həbs müddəti vardı. İki dövlət iştirakçısı olduğu beynəlxalq konvensiya çərçivəsində addım atıb, demokratik yolla seçilmiş prezident də öz qanuni səlahiyyətlərindən istifadə edib. Bu prosesdə qanunun aliliyi də pozulmayıb və hər şey eynilə qanuna tam riayət edilməklə icra olunub. Avropa Parlamenti və ya qurumun bəzi üzvləri bununla razılaşmaya bilər, lakin Avropa Parlamenti ilk növbədə öz daxili qaydalarına və əsasnamələrinə dəqiq əməl etməlidir. Nəticə etibarilə, 122-ci qaydadan danışırıqsa, mən sizlərə Ermənistanın Azərbaycan ərazisinin beşdə birini işğal etməsi faktını, azərbaycanlı qaçqınların hər gün pozulan hüquqlarını, onların erməni qoşunları tərəfindən işğal edilmiş evlərindən zorla çıxarılmalarını, onların təşkilatlanmaq və doğma ərazilərində öz idarəetmələrini seçmək kimi demokratik hüquqlarının pozulmasını, 20 illik müharibə dövründə 20 mindən artıq dinc vətəndaşın həlak olması faktını, nəhayət, Xocalı qətliamını xatırlatmıram. Eyni zamanda mən çox dərin təəssüf və heyrət hissi ilə sizlərə bir daha onu xatırlatmaq istəyirəm ki, Ramil Səfərov etdiyi əmələ görə 8 il 6 ay həbs cəzası çəkdikdən sonra qanuni hüquqi əsaslarla əfv olunduğu halda belə ciddi müzakirə və qınaq obyektinə çevrilir, lakin yaxın bir neçə il ərzində sərhədboyu ərazilərdə aralarında azyaşlı uşaqlar da olmaqla 1250 nəfərdən artıq mülki vətəndaş (diqqət yetirməyiniz vacibdir ki, bunlar zabit və əsgərlər olmayıb) snayperlərlə qətlə yetirildiyi, 1300 nəfərdən artıq mülki vətəndaş isə yaralandığı halda bu günədək heç bir erməni qatil cəzalandırılmayıb və ən dəhşətlisi isə budur ki, Azərbaycana qarşı olan erməni zorakılığına və bu qətllərə heç bir beynəlxalq təşkilat tərəfindən məhəl qoyulmayıb, Avropa Parlamenti qanunun aliliyinin pozulmasını tənqid belə etməyib. Halbuki, Azərbaycan tərəfi bu qətllərlə bağlı dəfələrlə müxtəlif beynəlxalq təşkilatlar qarşısında (BMT, ATƏT, AŞ PA, Avropa Parlamenti) təcavüzkarların cəzalandırılması tələbləri ilə çıxış edib. Sizi ikili standartlar və qeyri-dəqiqlik deyil, Azadlıq və Vəhdət Evinin üzvləri olduğunuzu bir daha nümayiş etdirməyə çağırıram. Sizi cümə axşamı, sentyabrın 13-də qeyri-dəqiq, natamam və yanlış ünvanlanmış sənəd kimi, Ramil Səfərovun məsələsinə dair qətnaməyə qarşı səs verməyə çağırıram”.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları