Azərbaycanda «Körpülərin salınması» mövzusunda beynəlxalq konfrans keçirilir
Bu gün Bakıda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə «Körpülərin salınması» mövzusunda beynəlxalq konfrans başlayıb.
APA-nın məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov son illər Azərbaycanda həyata keçirilən demokratikləşmə, Avropa ilə əməkdaşlıq proseslərindən danışıb.
Çıxışında Dağlıq Qarabağ məsələsinə toxunan E. Süleymanov bildirib ki, Dağlıq Qarabağ problemi münaqişə deyil, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və ərazilərin işğal olunmasıdır.
Beynəlxalq təşkilatların fəaliyyətini tənqid edən E. Süleymanov 20 ildir, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun fəaliyyətinin yox dərəcəsində olduğunu vurğulayıb: “Ermənistan isə beynəlxalq təşkilatların sənədlərinə məhəl qoymur”.

E. Süleymanov Azərbaycan Ordusunun zabiti R. Səfərovun ölkəyə ekstradisiyası və əfv edilməsinə ermənilərin reaksiyasından da danışıb. Bildirib ki, Ermənistanın prezidenti Serj Sarkisyanın rəhbərliyi altında 20 il əvvəl Xocalıda 600-dən artıq dinc insan qəddarlıqla qətlə yetirilib. Atəşkəsdən sonra ermənilər Azərbaycanda 1250 mülki vətəndaşı öldürüblər.
Avropa Məsələləri üzrə İnstitutun (İNEA) sədri, professor Yürgen Gramke isə çıxışında bildirib ki, Avropa Azərbaycan haqqında çox az məlumata malikdir: “Bugünkü tədbir bu sahədə mühüm addım olacaq. Cənubi Qafqaz, Mərkəzi Asiya və Qara dəniz regionu Avropanın gələcək siyasi və iqtisadi regionları sırasına daxildir. Burada yalnız neft və qaz nəzərdə tutulmur. Bu ölkələr özlərinin iqtisadi artımını geniş baza əsasında qurmaq istəyir».
Daha sonra tədbir panellərdə müzakirələrlə davam etdirilib.
Tədbir sabah başa çatacaq.