Azərbaycanda “Körpülərin salınması” adlı beynəlxalq konfrans keçiriləcək

Sentyabrın 27-28-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Avropa Məsələləri üzrə İnstitutun (İNEA) təşkilatçılığı ilə “Körpülərin salınması” adlı beynəlxalq konfrans keçiriləcək. APA-nın məlumatına görə, AVCİYA-nın tərəfdaş təşkilatı olan Avropa Məsələləri üzrə İnstitut (İNEA) 1995-ci ildə təsis edilib və həmin vaxtdan Avropa məkanında və Avropa Birliyinin maraq göstərdiyi bölgələrdə qarşılıqlı anlaşma və birgə fəaliyyət naminə təşəbbüsləri irəli sürür. Bu fəaliyyətin əsas məqsədi Avropa siyasətçiləri arasında sıx təmas yaratmaq və beləliklə mövcud problem və gərginlikləri aradan qaldırmaqdır. 

AVCİYA və İNEA arasında əvvəlcədən əldə edilmiş razılığa əsasən hazırlanan beynəlxalq konfrans Avropa xalqlarının 40 yaxın yüksək rütbəli nümayəndələrini bir araya gətirməli və siyasət, iqtisadiyyat, idman və elm-təhsil sahələrini əhatə etməklə, adı çəkilən sahələrdə Azərbaycan və Avropa Birliyi arasında əməkdaşlığın artmasına, qarşılıqlı anlaşma və etibarın yüksəlməsinə əməli səbəb olmalıdır.

Yerli dövlət və hökumət nümayəndələrinin də qatılacağı tədbirdə, konfrans iştirakçıları sırasında Avropa ölkələrində fəaliyyətdə olan siyasətçilər, həm də keçmiş dövlət məmurları, deputatlar, nazirlər və digər hökumət üzvləri, eləcə də Avropa Birliyi strukturlarının fəaliyyətdə olan və ya keçmiş məmurları da vardır. İqtisadiyyat, elm və idman sahələrin də tanınmış xadimlərin konfransın müvafiq bölmələrinin işində təmsil olunacağı gözlənilir.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları