Azərbaycan və Polşa universitetləri arasında 8 saziş imzalanıb

Azərbaycan və Polşa universitetləri arasında 8 saziş imzalanıb. Trend-in məlumatına görə, bu barədə Avronest Parlament Assambleysaında Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov yanvarın 30-dan fevralın 2-dək Azərbaycan nümayəndə heyətinin Polşaya səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, ümumilikdə səfər çərçivəsində 10 rəsmi sənəd imzalanıb və Polşanın yüksək rəsmiləri ilə 9 görüş keçirilib.

Azərbaycan və Polşa universitetləri arasında 8 saziş imzalanıb. Trend-in məlumatına görə, bu barədə Avronest Parlament Assambleysaında Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov yanvarın 30-dan fevralın 2-dək Azərbaycan nümayəndə heyətinin Polşaya səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, ümumilikdə səfər çərçivəsində 10 rəsmi sənəd imzalanıb və Polşanın yüksək rəsmiləri ilə 9 görüş keçirilib.

Nümayəndə heyətinin tərkibində Polşaya səfər edən Azərbaycan sənaye və energetika naziri Natiq Əliyev qeyd edib ki, Polşa Azərbaycan üçün mühüm bir ölkədir, çünki Polşa Avropanın ən böyük ölkələrindən biridir.

“Polşa Avropa İttifaqına inteqrasiya yolunu tam keçib. Artıq Avropanın bütün bazar elementləri Polşada mövcuddur və tamamilə bazar iqtisadiyyatı prinsipləri ilə işləyən bir ölkədir. Bu baxımdan Polşanın təcrübəsi Azərbaycan üçün vacibdir”, – Əliyev deyib.

O, həmçinin səfər çərçivəsində Polşada keçirdiyi görüşlərin əhəmiyyətindən danışıb. Nazir görüş zamanı iki ölkə arasında əməkdaşlığa dair səmərəlli müzakirələrin aparıldığını deyib. Əliyev qeyd edib ki, Polşa ilə Azərbaycan arasında enerji sahəsində xüsusi əməkdaşlıq mövcuddur.

Əliyev, həmçinin iki ölkə arasında enerji sahəsində əməkdaşlığın müzakirəsi üçün seminar keçirilməsinin planlaşdırıldığını deyib.

O bildirib ki, səfər zamanı iki ölkə arasında əməkdaşlığın kökləri daha da möhkəmləndirlidi.

Səfərdə iştirak edən təhsil naziri Misir Mərdanov da çıxış edərək qeyd edib ki, Azərbaycan ilə Polşa arasında digər Avropa ölkələrinə nisbətən daha yaxın əməkdaşlıq mövcuddur. Azərbaycan ilə Polşa arasında həm iqtisadi, həm də siyasi müstəvidə əlaqələrin daha da inkişaf etməsi hər iki ölkə üçün vacibdir.

Polşanın elm və təhsil naziri ilə görüşünü xatırladan Mərdanov səmərəli müzakirələrin aparıldığını qeyd edib və Polşanın elm və təhsil nazirinin Azərbaycana dəvət olunduğunu deyib.

Mərdanov Polşa ilə Azərbaycan arasında elm və təhsil sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi üçün işçi qrupunun yaradılacağını və bu sahədə saziş imzalanmasının planlaşdırıldığını diqqətə çatdırıb.

O qeyd edib ki, Polşa Azərbaycana böyük maraq göstərir. Mərdanov, həmçinin Azərbaycan ilə Polşa məktəblərinin qardaşlaşması istiqamətində layihənin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Polşaya səfər edən nümayəndə heyətinin digər üzvü, Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov da səfərin çox uğurlu olduğunu diqqətə çatdırıb.

O qeyd edib ki, səfər çərçivəsində BDU ilə Polşanın 4 universiteti arasında memorandum imzalanıb.

Millət vəkili Səməd Seyidov bildirib ki, səfər çərçivəsində Azərbaycan ilə Polşa arasında əlaqələrin inkişafına böyük töhfə verildi. Polşada yüksək səviyyəli görüşlərin keçirildiyini xatırladan millət vəkili qeyd edib ki, səfər zamanı Azərbaycan ilə Polşa arasındakı münasibətlər yeni bir müstəviyə qaldırldı. O vurğulayıb ki, Polşa universitetlərinin əməkdaşlarə Azərbaycana gəlməyə, birgə müzakirələr aparmağa, seminarlar təşkil etməyə maraqlıdır.

Nümayəndə heyətinin digər üzvləri, millət vəkili Fazil Mustafa, Gülçöhrə Məmmədova, Fərəc Quliyev, Qüdrət Həsənquliyev də səfərin əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

 

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları