Azərbaycan və Belçikanın iş adamlarının forumu keçiriləcək
Balçikalı deputat Filip Blanşarın rəhbərlik etdiyi nümayəndə heyətinin keçirdiyi görüşlər zamanı Azərbaycan-Belçika Dostluq Qrupunun 2012-ci il üçün fəaliyyət proqramı müzakirə edilib.
2012-ci il üzrə tədbirlər planına uyğun olaraq, Qrupun rəhbərlərinin seçildikləri dairələrə (Azərbaycanda və Belçikada) tanışlıq səfərləri təşkil edilməli, hər ölkədən bir universitet və bir TV kanalı ilə işbirliyi qurulmalıdır. Həmin işbirliyinə uyğun olaraq Azərbaycan universitetində tələbələrə Belçikanın təbliği və Azərbaycan telekanalında Belçika ilə bağlı proqramların hazırlanması təmin edilməlidir. Tədbirlər planına uyğun olaraq, həmçinin Belçika parlamentində Xocalı faciəsinin 20-ci ildönümü (2012-ci ilin fevralında) və Azərbaycanla Belçika arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü (2012-ci ilin iyununda) qeyd olunacaq. /Trend/