“Azərbaycan Respublikası- Belçika Krallığı” adlı kitab təqdim edildi
14 iyun 2012-ci il
Bu gün Heydər Əliyev İrsinin Araşdırma Mərkəzinin nəşr etdiyi “Azərbaycan Respublikası- Belçika Krallığı” adlı kitabın təqdimatı keçirilib. SİA-nın məlumatına görə, kitabla bağlı məlumat verən mərkəzin rəhbəri Fuad Babayev bildirib ki, yeni nəşrdə Azərbaycan Respublikası ilə Belçika Krallığı arasında diplomatik münasibətlərindən danışılıb. Bundan başqa kitaba ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Belçikanın dövlət və hökumət nümayəndələri ilə görüşləri daxil edilib. Daha sonra Belçikanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Peter Booms çıxış edib.
Belçikalı diplomat qeyd edib ki, Heydər Əliyev İrsinin Araşdırma Mərkəzi və Milli Məclisin Azərbaycan-Belçika parlamentlərarası işçı qrupunun rəhbəri Elxan Süleymanovun təşəbbüsü ilə çap olunan bu kitabda dövlətlərarası əməkdaşlıq tarixindən danışılır. Diplomatın sözlərinə görə, Belçika bundan sonra da Azərbaycanla hər bir sahədə əlaqələrin genişlənməsində maraqlıdır.