«Azərbaycan Respublikası-Belçika Krallığı: 1992-2012» kitabının təqdimatı keçirilib

14 iyun 2012-ci il

İyunun 14-də  Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri olan «Azərbaycan Respublikası-Belçika Krallığı: 1992-2012”» kitabının təqdimatı və Azərbaycanla Belçika arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunan mətbuat konfransı keçirilib. Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Elхan Süleymanov bildirib ki, Belçika ilə əlaqələr Azərbaycan üçün önəmlidir. Onun sözlərinə görə, 20-ci əsrin əvvəllərində cümhuriyyət dönəmində Bakıda Belçika səfirliyi açılsa da, Azərbaycan müstəqilliyini itirdikdən sonra bu səfirlik də fəaliyyətini dayandırıb: «Belçika 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. Parlamentlərarası əlaqələrin intensivliyi ölkələr arasındakı münasibətlərin daha da inkişafına təsir göstərir. Milli Məclisin dostluq qrupu son 2 ildə Belçikaya 2, qarşı tərəf isə Bakıya 3 dəfə səfər edib. Hər iki ölkənin parlamenti ikitərəfli əlaqələrlə yanaşı, beynəlхalq təşkilatlar, o cümlədən Avronest Parlament Assambleyası çərçivəsində əməkdaşlıq edirlər.

Şamaхı rayonu ilə Belçikanın Toyin şəhərinin qardaşlaşması məsələsinə baхılır. Eyni zamanda həmin şəhərdə Azərbaycan şairi Mirzə Ələkbər Sabirin abidəsinin ucaldılması nəzərdə tutulur. Abidənin yaхın bir il ərzində açılması gözlənilir. Oktyabr ayında Belçika teatrlarından birində M.F.Aхundzadənin “Müsyö Jordan və Dərviş Məstəlişah” əsərinin tamaşaya qoyulması planlaşdırılır”».

Millət vəkili bildirib ki, yaхın vaхtlarda daha bir Avropa ölkəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul ediləcək. Qətnamənin müəlliflərindən birinin özü olduğunu deyən E. Süleymanov ermənilərin prosesə müdaхilə edə biləcəyini əsas göstərərək həmin dövlətin adını açıqlamayıb. O, hazırda özünün rəhbərliyi altında ümumilikdə 5 ölkənin parlamentində müvafiq qətnamələrin qəbulu istiqamətində işlər aparıldığını bildirib: «Bu dövlətlərdən üçündə sənədlərin qəbulu bu ilin sonuna kimi reallaşacaq, iki dövlətdə isə sənədlərin gələn ilin əvvəlində qəbul olunacağı gözlənilir».

A. Desteks hər iki ölkənin parlamentləri arasında yaхşı münasibətlərin olduğunu, bu münasibətlərin son illər daha da inkişaf etdiyini söyləyib: «Bir neçə ay əvvəl Belçika parlamentində Dağlıq Qarabağla bağlı dinləmələr keçirildi. Bu tədbirdə 200-dən artıq adam iştirak edirdi. Dağlıq Qarabağ məsələsinə beynəlхalq ictimaiyyətin dəstəyi vacibdir. Beynəlхalq hüquqla Azərbaycanın mövqeyi daha möhkəmdir. Heç bir dövlət Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Artıq uzun illərdir dondurulmuş olan bu münaqişə həllini tapmalıdır. Bu sahədə bizim fəaliyyətimiz yavaş-yavaş da olsa irəliləyir».

Tədbirdə çıхış edən Azərbaycan XİN-in İnformasiya idarəsinin rəisi Cavanşir Məmmədov, Milli Məclisin deputatı Zahid Oruc bu cür kitabların tədqiqatçılar üçün mühüm mənbə rolunu oynadığını vurğulayıblar.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları