“Azərbaycan Respublikası-Belçika Krallığı: 1992-2012” kitabı işıq üzü görmüşdür

14 iyun 2012-ci il

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri – Azərbaycan ilə Belçika arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünə həsr olunmuş “Azərbaycan Respublikası-Belçika Krallığı: 1992-2012” kitabı işıq üzü görmüşdür.

AzərTAc xəbər verir ki, iyunun 14-də bu əlamətdar hadisə ilə bağlı mətbuat konfransı keçirilmişdir. Tədbirdə Xarici İşlər Nazirliyinin nümayəndələri, Milli Məclisin deputatları, Belçika Krallığının Azərbaycandakı səfirliyinin əməkdaşları, xarici qonaqlar iştirak edirlər.

Azərbaycan dilində və Belçikanın dövlət dilləri olan holland və fransız dillərində çapdan çıxan kitaba ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin Belçikanın dövlət və hökumət nümayəndələri ilə görüşlərinin mətnləri, iki ölkə arasında münasibətlərin tarixini və mahiyyətini analiz edən tarixi arayış, məlumat-soraq materialları, fotosənədlər daxil edilmişdir.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları