Azərbaycan Prezidenti İlham Əliyev Estoniyanın sabiq Prezidenti Arnold Ruuteli qəbul etmişdir

 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  sentyabrın 24-də Estoniya Respublikasının sabiq Prezidenti Arnold Ruuteli qəbul etmişdir. Sabiq Prezident Arnold Ruutel Azərbaycan ilə Estoniya arasında uzun müddət yaxşı əlaqələrin olduğunu vurğuladı.  Qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan qonaq bunun ölkələrimiz arasında münasibətlərin gələcək inkişafı baxımından önəmini qeyd etdi.

Dövlətimizin başçısı Estoniya Respublikasının sabiq Prezidenti Arnold Ruutelin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı Bakıda keçirilən beynəlxalq tədbirdə iştirakından məmnunluğunu bildirdi. Prezident İlham Əliyev bu tədbirin parlamentlərarası əlaqələrin genişləndirilməsi işinə xidmət etdiyini dedi. Azərbaycan ilə Estoniya arasında münasibətlərin yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev Estoniyaya səfərini xatırlayaraq bu səfərin uğurlu olduğunu vurğuladı.

AzərTAc

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları