Azərbaycan prezidenti Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarını qəbul edib
3 aprel 2012-ci il
Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Son illər ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatların və əldə olunan iqtisadi inkişafın önəmi vurğulanıb. Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında enerji, təhlükəsizlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. /APA