Azərbaycan parlamentariləri Brüssel meriyasında görüş keçiriblər


Brüssel. Viktoriya Dementyeva – APA. Azərbaycan Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Belçikaya səfərləri çərçivəsində Brüssel meriyasında görüş keçiriblər.


APA-nın Belçikaya ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, qrupun rəhbəri Elxan Süleymanov meriya rəhbərliyinə Bakıda keçiriləcək Eurovision 2012 mahnı müsabiqəsinə qatılmaq üçün dəvətnaməni təqdim edib, Bakının etüdları əks olunan kitabı hədiyyə edib.

Qeyd edək ki, səfər çərçivəsində keçirilən bir çox görüşlərdə iki ölkə parlamentləri arasındakı əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, Azərbaycanın müasir durumu, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri barədə məlumat verilib.

Bu gün nümayəndə heyəti Belçika parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən dinləmələrdə iştirak edib.

Nümayəndə heyətinin tərkibinə millət vəkilləri Zahid Oruc, Fərəc Quliyev, Qudrət Həsənquliyev, Azər Kərimli, Fazil Mustafa və Ceyhun Osmanlı daxildir.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları