Azərbaycan nümayəndə heyəti AVRONEST PA-nın sessiyasında tam tərkibdə iştirak edəcək – 09.09.2011

14-15 sentyabrda  Strasburqda AVRONEST Parlament Assambleyasının ilk sessiyası keçiriləcək. Şamaxının millət vəkili, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov başçılığı ilə 10 nəfərlik Azərbaycan nümayəndə heyəti artıq bazar ertəsi, sentyabrın 12-də  Strasburqa yollanacaq.

Elxan Süleymanovdan aldığımız məlumata görə sessiya zamanı 29-30 sentyabr tarixində Varşavada keçiriləcək Şərq Tərəfdaşlığı Sammiti ilə bağlı tövsiyyələrin müzakirə edilməsi və müvafiq qərarın qəbul edilməsi planlaşdırılır. Bu məqsədlə Siyasi Məsələlər, İnsan Hüquqları və Demokratiya Komitəsi tərəfindən  “2011-ci il Şərqi Tərəfdaşlıq Sammitinə tövsiyələr: məqsədyönlü fəaliyyət üçün yüksək gözləntilər”ə dair ilkin məruzə hazırlanaraq rəy və təkliflər üçün AVRONEST PA komitələrinə  göndərilmişdir. AVRONEST PA-nın Siyasi Məsələlər, İnsan Hüquqları və Demokratiya, İqtisadi İnteqrasiya və Aİ Siyasətləri ilə Uyğunluq, Enerji Təhlükəsizliyi, Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti komitələri tərəfindən məruzə ilə bağlı ilkin rəylər hazırlanmışdır.

Millət vəkili həmçinin qeyd etdi ki, artıq AVRONEST PA-da Aİ üzvü olan deputatlar və Şərq Tərəfdaşı ölkələrinin nümayəndə heyətləri, o cümlədən Azərbaycan nümayəndə heyəti təqdim edilən sənədlər üzərində ciddi işlər aparmış və bir sıra düzəlişlər və əlavələr təqdim edilmişlər. Hazırda bu sənədlər qəbul edilmək üçün hazırdır.

Elxan Süleymanovun AVRONEST PA üzvləri, əsasən də qurumda Aİ-ni təmsil edən deputatlar tərəfindən  Enerji təhlükəsizliyi komitəsinin təqdim etdiyi ilkin məruzəyə daha çox düzəlişlər təklif edildiyini vurğuladı. Azərbaycan nümayəndə heyəti bütün təklif edilən düzəlişlərlə bağlı öz mövqeyini açıqlamış və müvafiq qaydada öz təkliflətini bildirmişdir.

AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Ermənistan nümayəndə heyətinin təqdim etdiyi düzəlişlərə də toxunaraq qeyd etdi ki, bu ölkənin nümayəndə heyətinin təklifləri əsasən Ermənistanın enerji siyasətinə qoşulması, regional iqtisadi inteqrasiya proseslərində və  regionun iştirak etdiyi transmilli layihələrdə iştirakı, ŞT ölkələri arasında sərhədlərin silinməsi və s. ibarət olmuşdur. Lakin, Azərbaycan nümayəndə heyəti israrla bu təkliflərin qəbuledilməz olduğunu bildirmiş, Ermənistanın 20% Azərbaycan ərazilərini işğal etməsini, 1 milyondan artıq Azərbaycan vətəndaşının qaçqın və məcburi köçkün həyatı yaşamasını, indiyədək işğal altında olan ərazilərin azad edilməməsini, məcburi köçkünlərin öz yurdlarına qayıtmaq və təhlükəsiz yaşamaq hüquqlarının təmin edilməməsini,  bu istiqamətdə Ermənistanın qeyri-konstruktiv mövqe tutmasını, bu dövlətin ümümiyyətlə regionda destruktiv siyasət həyata keçirməsini AVRONEST PA üzvlərinin diqqətinə çatdırmışdır.

Qeyd etməliyik ki, İqtisadi İnteqrasiya və Aİ Siyasətləri ilə Uyğunluq, Enerji Təhlükəsizliyi, Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti komitələrində sənədlərin qəbulu üçün səsvermə ilə bağlı ilk dəfə olaraq yenilik tətbiq ediləcək. Belə ki, bu komitələrdə səsvermə əvvəlcədən internet vasitəsilə aparılacaq. Müvafiq komitə üzvlərinin səsverməsi üçün son vaxt həddi kimi Brüssel vaxtı ilə saat 14-00 təyin edilmişdir.

Millət vəkili E.Süleymanov bildirdi ki, sessiyanın ilk günündə AVRONEST PA-nın Büro iclası keçiriləcək. Büro iclasının gündəliyində AVRONEST PA-nın 2012-ci ilin may ayında Şərq Tərəfdaşı ölkələrində keçirilməsi ilə bağlı Azərbaycanın təklifi müzakirə ediləcək. Azərbaycan tərəfi Prosedur Qaydalarının 7-ci maddəsinə uyğun olaraq, AVRONEST PA-nın növbəti sessiyasının Bakıda keçirilməsi təklifi ilə çıxış edib. Büronun 21 iyun 2011-ci il tarixli iclasında iclasında AVRONEST PA-nın növbəti Plenar iclasının 2012-ci ilin may ayında Bakıda keçirilməsi təklifi ilə bağlı səsvermə zamanı Prosedur Qaydaları ilə təyin edilmiş səs çoxluğu toplanılmadığından, məsələnin cari ilin sentyabrında Strasburqda keçiriləcək sessiya zamanı yenidən müzakirə edilməsi və səsə qoyulması qərara alınıb.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları