Azərbaycan nümayəndə heyəti Polşaya gedəcək

Yanvarın 30-dan fevralın 3-dək geniş tərkibli Azərbaycan nümayəndə heyəti Polşaya səfər edəcək. Səfər Polşa tərəfdən AvroNest PA-nın vitse-prezidenti, Avropa Parlamentinin deputatı Jaçek Sayruş-Volski və Azərbaycan tərəfdən AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanov arasında əldə edilmiş razılıq əsasında baş tutacaq. Elxan Süleymanov suallarımızı cavablandıraraq bildirdi ki, səfərdə əsas məqsəd Polşa və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq, müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi üçün həlli vacib məsələləri müzakirə etməkdir. Millət vəkili Azərbaycan və Polşa münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli əsaslarla inkişaf edərək müxtəlif sferaları əhatə etdiyini qeyd etməklə yanaşı, bu münasibətlərin xüsusilə siyasi, humanitar, iqtisadi, o cümlədən, enerji təhlükəsizliyi sahələrində daha əhatəli olduğunu vurğuladı.

 

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları