Azərbaycan nümayəndə heyəti Polşada səfərdədir
Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, deputat Elxan Suleymanovun təşəbbüsü ilə Azərbaycan nümayəndə heyəti Polşada səfərdədir.
APA-nın məlumatına görə, nümayəndə heyəti səfərin birinci günü Polşa xarici işlər nazirinin müavini xanım Beata Stelmaçla rəsmi görüş keçirib.
Görüşdə Azərbaycan təhsil naziri Misir Mərdanov, sənaye və energetika naziri Natiq Əliyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər. Görüşdə Azərbaycanla Polşa arasında əlaqələrin daha da inkişaf etdirilməsi, Azərbaycanın Qərbə inteqrasiyası, Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələrin inkişafında Polşanın rəsmi Bakıya göstərdiyi dəstək, Avropanın enerji təhlükəsizliyi və s. məsələlər müzakirə edilib.

Günün sonunda Azərbaycan nümayəndə heyəti və Azərbaycanın Polşadakı səfirliyi tərəfindən dost ölkənin ictimai-siyasi xadimlərinin şərəfinə ziyafət verilib. Ziyafətdə çıxış edən E.Süleymanov onun təşəbbüsü ilə hazırlanmış nəfis tərtibatlı “5 polyak memarın 15 Bakı binası” kitab-albomunu təqdim edib. Azərbaycan, polyak və ingilis dillərində hazırlanmış nəşr böyük maraq doğurub. Yanvarın 31-də nümayəndə heyəti Krakovda görüşlər keçirəcək.
Bənzər mövzular
Azərbaycan nümayəndə heyəti Polşada səfərdədir
Azərbaycan nümayəndə heyəti Polşada səfərdədir.
SalamNews-un məlumatına görə, səfərin birinci günü Polsa xarici islər nazirinin müavini xanim Beata Stelmaçla rəsmi görüş keçirilib. Görüşdə Azərbaycan təhsil naziri Misir Mərdanov, sənaye və energetika naziri Natiq Əliyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Şamaxı rayonu icra hakimiyyəti başçısı Asif Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.