Azərbaycan nümayəndə heyəti Polşada görüşlər keçirir

Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat  Elxan Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyəti Polşada səfərdədir.Modern.az xəbər verir ki, səfərin birinci günü Polşa xarici işlər nazirinin müavini xanım Beata Stelmaçla rəsmi görüş keçirilib. Görüşdə təhsil naziri Misir Mərdanov, sənaye və energetika naziri Natiq Əliyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Şamaxı rayonu icra hakimiyyəti başçısı Asif Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər. Azərbaycanla  Polşa arasında əlaqələrin daha da inkişaf etdirilməsi, Azərbaycanın Qərbə inteqrasiyası, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişafında Polşanın rəsmi Bakıya göstərdiyi dəstək, Avropanın enerji təhlükəsizliyi və s. məsələlər müzakirə edilib.

Günün sonunda Azərbaycan nümayəndə heyəti və Azərbaycan Respublikasının Polşadakı səfirliyi tərəfindən dost ölkənin ictimai-siyasi xadimlərinin şərəfinə ziyafət verilib. Səfir Həsən Həsənov qonaqları səmimi salamladıqdan sonra sözü  Şamaxının millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanova verib. Millət vəkili geniş nitq söyləyərək çıxışının sonunda onun təşəbbüsü ilə hazırlanmış nəfis tərtibatlı “5 polyak memarın 15 Bakı binası” kitab-albomunu təqdim edib. Azərbaycan, polyak və ingilis dillərində hazırlanmış nəşr böyük maraq doğurub.

Qeyd edək ki, bu gün nümayəndə heyəti Krakovda görüşlər keçirəcək.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları