Azərbaycan nümayəndə heyəti Polşada bir sıra görüşlər keçirmişdir

Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun təşəbbüsü ilə nümayəndə heyəti Polşada səfərdədir. 
AzərTAc xəbər verir ki, nümayəndə heyəti səfərin birinci günü Polşa xarici işlər nazirinin müavini xanım Beata Stelmaç ilə görüşmüşdür. 
Görüşdə təhsil naziri Misir Mərdanov, sənaye və energetika naziri Natiq Əliyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov və digər rəsmi şəxslər iştirak etmişlər. Görüşdə Azərbaycan ilə Polşa arasında əlaqələrin daha da inkişaf etdirilməsi, ölkəmizin Qərbə inteqrasiyası, Avropa İttifaqı ilə münasibətlərimizin inkişafında Polşanın dəstəyi, Avropanın enerji təhlükəsizliyində respublikamızın rolu və s. məsələlər müzakirə edilmişdir.

 Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun təşəbbüsü ilə nümayəndə heyəti Polşada səfərdədir. 
AzərTAc xəbər verir ki, nümayəndə heyəti səfərin birinci günü Polşa xarici işlər nazirinin müavini xanım Beata Stelmaç ilə görüşmüşdür. 
Görüşdə təhsil naziri Misir Mərdanov, sənaye və energetika naziri Natiq Əliyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov və digər rəsmi şəxslər iştirak etmişlər. Görüşdə Azərbaycan ilə Polşa arasında əlaqələrin daha da inkişaf etdirilməsi, ölkəmizin Qərbə inteqrasiyası, Avropa İttifaqı ilə münasibətlərimizin inkişafında Polşanın dəstəyi, Avropanın enerji təhlükəsizliyində respublikamızın rolu və s. məsələlər müzakirə edilmişdir. 
Günün sonunda nümayəndə heyəti və Azərbaycanın Polşadakı səfirliyi tərəfindən ziyafət verilmişdir. 
Tədbirdə səfir Həsən Həsənov və deputat Elxan Süleymanov Azərbaycan-Polşa münasibətlərinin tarixindən və bu əlaqələrin inkişaf perspektivlərindən danışmışlar.
Ziyafətdə XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərmiş polyak memarların yaradıcılığına həsr olunmuş, nəfis tərtibatda çapdan çıxmış “Beş polyak memarın 15 Bakı binası” kitab-albomu təqdim edilmişdir. Azərbaycan, polyak və ingilis dillərində hazırlanmış nəşr böyük maraq doğurmuşdur. 
Azərbaycan nümayəndə heyəti Krakov şəhərində də bir sıra görüşlər keçirmişdir. 
Strateji Təlimlər İnstitutundakı görüşdə sənaye və energetika naziri Natiq Əliyev, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov və digərləri ölkələrimiz arasındakı əməkdaşlığının perspektivlərindən danışmışlar. 
Krakov İqtisad Universitetindəki görüşdə rektor Andjey Çoçol və prorektor Andjey Sokolovski nümayəndə heyətinə təhsil ocağı haqqında ətraflı məlumat vermişlər. 
Nümayəndə heyətinin üzvlərindən təhsil naziri Misir Mərdanov, sənaye və energetika naziri Natiq Əliyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, deputat Elxan Süleymanov iki ölkə arasında mövcud dostluq əlaqələrindən, əməkdaşlığın inkişaf perspektivlərindən söhbət açmışlar. 
Görüşün sonunda Bakı Dövlət Universiteti ilə Krakov İqtisad Universiteti arasında əməkdaşlıq haqqında protokol imzalanmışdır. 
Krakovda sonuncu görüş XV əsrin əvvəllərindən fəaliyyət göstərən Yagellon Universitetində keçirilmişdir. 
Görüşdə ölkələrimiz arasında xüsusən təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır. 
Sonra Bakı Dövlət Universiteti ilə Yagellon Universiteti arasında əməkdaşlıq haqqında protokol imzalanmışdır.
Polşaya səfərin qrafiki sıx olduğundan nümayəndə heyətinin üzvləri qruplara bölünərək müxtəlif görüşlər keçirmişlər. Belə görüşlərdən birini təhsil naziri Misir Mərdanov Adam Mitskeviç İnstitutunda keçirmişdir. Görüşdən sonra nazir Natolin Avropa Kollecində olmuşdur. 
Polşa Respublikası Seymində keçirilən görüşdə Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvləri deputatlar Elxan Süleymanov, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Fazil Mustafa, Ceyhun Osmanlı, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təmsilçiləri Məhərrəm Zülfüqarlı və Fuad Süleymanov iştirak etmişlər.
Polşa Seyminin Avropa Şurası Parlament Assambleyasında təmsil olunan üzvləri, eləcə də Seymin xarici əlaqələr komitəsindən olan deputatlarla görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. 
Seymin üzvləri Azərbaycanın Qərbə inteqrasiya sahəsində əldə etdiyi uğurlardan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin ədalətli mövqeyindən, Avropanın enerji təhlükəsizliyində respublikamızın rolundan danışmışlar. 
Nümayəndə heyətinin üzvləri Azərbaycan ilə Polşa arasında əlaqələrin XIV əsrdən başladığını qeyd etmiş, polyak şairlərin Nəsiminin, Xaqani Şirvaninin, Seyid Əzim Şirvaninin əsərlərini tərcümə etdiklərini vurğulamışlar. 
Deputat Elxan Süleymanov Şamaxıda anadan olmuş memar Yevgeni Skibinskinin layihəsi əsasında Bakıda tikilmiş binadan bəhs edən “Keçmiş Persidskaya küçəsindəki sehrli bina və onun şamaxılı müəllifi” kitabını və “Beş polyak memarın 15 Bakı binası” fotoalbomunu təqdim etmişdir. 
Bildirilmişdir ki, polşalı deputatlar daim azərbaycanlı həmkarları ilə beynəlxalq qurumlarda səmərəli əməkdaşlıq etmişlər. Səfərin bu əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminlik ifadə olunmuşdur.
Akademik Abel Məhərrəmov Bakı Dövlət Universiteti ilə Polşanın nüfuzlu iki universiteti arasında imzalanmış əməkdaşlıq sazişlərinin əhəmiyyətindən danışmışdır. 
Həmin gün Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Polşanın iqtisadiyyat naziri Yanuş Pexotsinski və maliyyə naziri Milolay Budzanovski ilə görüşlər keçirmişdir. Daha sonra nazir Natiq Əliyev nümayəndə heyətinin üzvləri ilə birlikdə Xarici Məsələlər üzrə Polşa İnstitutunda görüş keçirmiş, “Enerji təhlükəsizliyinə dair Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq perspektivləri” mövzusunda dinləmələrə qatılmışdır.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları