Azərbaycan nümayəndə heyəti Polşada əhəmiyyətli görüşlər keçirib

Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun təşəbbüsü ilə Polşada səfərdə olan nümayəndə heyətinin üzvləri Varşavada əhəmiyyətli görüşlər keçiriblər.

SalamNews-un məlumatına görə, təhsil naziri Misir Mərdanov Adam Mitskeviç İnstitutunda keçrilən görüşdən sonra Natolin Avropa Kollecində olub.

 

Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun təşəbbüsü ilə Polşada səfərdə olan nümayəndə heyətinin üzvləri Varşavada əhəmiyyətli görüşlər keçiriblər.

SalamNews-un məlumatına görə, təhsil naziri Misir Mərdanov Adam Mitskeviç İnstitutunda keçrilən görüşdən sonra Natolin Avropa Kollecində olub.

Polşa Seymində keçirilən görüşdə Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvləri Elxan Süleymanov, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Fazil Mustafa, Ceyhun Osmanlı ilə yanaşı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təmsilçiləri Məhərrəm Zülfüqarlı və Fuad Süleymanov iştirak edibər.

Polşa Seyminin Avropa Şurası Parlament Assambleyasında təmsil olunan üzvləri, eləcə də Seymin xarici əlaqələr komitəsindən olan deputatlarla görüş zamanı qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Seymin üzvləri Azərbaycanın qərbə inteqrasiya sahəsində əldə etdiyi uğurlardan, Qarabağ probleminin çözülməsi imkanlarından, Avropanın enerji təhlükəsizliyi sahəsində Bakının oynadığı səmərəli roldan danışıblar.

Deputatlar Abel Məhərrəmov, Gülçöhrə Məmmədova, Səməd Seyidov, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Fazil Mustafa və Ceyhun Osmanlı görüşdə çıxış ediblər.

E.Süleymanov Azərbaycanla Polşa arasında əlaqələrin XIV əsrdən başladığını deyib, polyak şairlərin Nəsiminin, Xaqani Şirvaninin, Seyid Əzim Şirvaninin əsərlərini tərcümə etdiklərini vurğulayıb, Şamaxıda anadan olmuş memar Yevgeni Skibinskinin layihəsi əsasında Bakıda tikilmiş binadan bəhs edən “Keçmiş Persidskaya küçəsindəki sehrli bina və onun şamaxılı müəllifi” kitabını və XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərmiş polyak memarların yaradıcılığına həsr edilmiş “5 polyak memarın 15 Bakı binası” foto-albomunu təqdim edib. O bildirib ki, polşalı deputatlar daim azərbaycanlı həmkarları ilə beynəlxalq qurumlarda əməkdaşlıq ediblər. Bizim bu səfərimiz bu əməkdaşlığın inkişafına töhfəsini verəcək.

Akademik Abel Məhərrəmov Bakı Dövlət Universiteti ilə iki nüfuzlu Polşa universiteti arasında imzalanmış əməkdaşlıq sazişlərinin əhəmiyyətini vurğulayıb.

Sənaye və energetika naziri Natiq Əliyev Polşanın iqtisadiyyat naziri Yanuş Pexotsinski və maliyyə naziri Milolay Budzanovski ilə görüşlər keçirib. O, nümayəndə heyətinin üzvləri ilə birlikdə Xarici Məsələlər üzrə Polşa İnstitutunda olub və “Enerji Təhlükəsizliyinə dair Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq perspektivləri” adlı dinləmələrə qatılıb.

Görüşlər bu gün Lodz şəhərində davam edir.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları