Azərbaycan millət vəkilinin AŞ PA-ya ünvanladığı məktub rezonans doğurub
Azərbaycan millət vəkili Elxan Süleymanovun Avropa Şurasının baş katibi Turbyern Yaqland, Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan-Klod Minyon və AŞ PA üzvlərinə göndərdiyi məktub tanınmış media orqanlarında yayılıb.
Azərbaycan millət vəkili Elxan Süleymanovun Avropa Şurasının baş katibi Turbyern Yaqland, Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan-Klod Minyon və AŞ PA üzvlərinə göndərdiyi məktub tanınmış media orqanlarında yayılıb. APA-nın xəbərinə görə, məktubla bağlı “Wall Street Journal”, “Boston Globe”, “Bloomberg”, Bizjournal.com.inc, “Focus” və digər media orqanlarında yazılar dərc edilib. Qeyd edək ki, məktub almaniyalı deputat Kristof Ştrasserin hazırladığı və 3 oktyabr 2012-ci ildə AŞ PA-nın plenar sessiyasında qəbul edilmiş “Siyasi məhbusların müəyyənləşdirilməsi” adlı məruzə layihəsinin müzakirəsindən sonra Avropa Şurası kulislərində baş verənlərə həsr olunub. Millət vəkili məktubunda “Strasburqda demokratiyanın öldüyünü”, bu məruzənin qəbul edilməsinin lehinə səs verilməsi üçün avropalı parlamentarlara edilən təzyiqlərlə bağlı şahidi olduqlarını yazıb.