AZƏRBAYCANLI NAZIRLƏR POLŞADA GÖRÜŞLƏR KEÇİRİR

Azərbaycan nümayəndə heyəti Samaxinin millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan numayəndə heyətinin rəhbəri Elxan Suleymanovun təşəbbüsü ilə Polşada səfərdədir. 

XezerNews.az-in məlumatına görə, səfərin birinci günü Polsanın xarici islər nazirinin muavini xanim Beata Stelmaçla rəsmi görüş keçirilib. Görüşdə Azərbaycanın təhsil naziri Misir Mərdanov, sənaye və energetika naziri Natiq Əliyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Şamaxı rayonu icra hakimiyyəti başçısı Asif Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər. 

Görüşdə Azərbaycanla Polşa arasında əlaqələrin daha da inkişaf etdirilməsi, Azərbaycanin Qərbə inteqrasiyası, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişafında Polşanın rəsmi Bakıya göstərdiyi dəstək, Avropanın enerji təhlükəsizliyi və s. məsələlər müzakirə edilib.

Günün sonunda Azərbaycan nümayəndə heyəti və Azərbaycanın Polşadakı səfirliyi tərəfindən dost ölkənin ictimai-siyasi xadimlərinin şərəfinə ziyafət verilib.

Səfir Həsən Həsənov qonaqları səmimi salamladıqdan sonra sözü Samaxının millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan numayəndə heyətinin rəhbəri Elxan Suleymanova verib. Millət vəkili geniş nitq söyləyərək çıxışının sonunda onun təşəbbüsü ilə hazırlanmış nəfis tərtibatlı “5 polyak memarın 15 Bakı binası” kitab-albomunu təqdim edib. 

Azərbaycan, polyak və ingilis dillərində hazırlanmış nəşr böyük maraq doğurub. 

Yanvarın 31-də nümayəndə heyəti Krakovda görüşlər keçirəcək.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları