AŞPA monitorinq komitəsinin növbəti yığıncağı keçirilmişdir

Noyabrın 13-də Avropa Şurasının (AŞ) Parisdəki ofisində Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin növbəti yığıncağı keçirilmişdir. 
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü deputat Elxan Süleymanov yığıncaq ilə bağlı AzərTAc-a verdiyi müsahibəsində demişdir: “Komitə cari ilin sentyabr ayının 4-də Nazirlər Komitəsinin (NK) demokratiya üzrə Məruzəçilər Qrupu ilə fikir mübadiləsi aparmışdır. Bu fikir mübadiləsindən sonra komitə üzvləri arasında keçirilən müzakirələr zamanı Monitorinq Qrupunun işinin ardıcıllığını təkmilləşdirməyə və strategiyaları uyğunlaşdırma vasitələrini müəyyənləşdirilməyin zəruriyyətinə dair ümumi razılıq əldə edilmişdir. Komitə üzvlərinin fikrincə NK və Məruzəçilər Qrupu AŞPA-nın monitorinqinə dair qətnamələrində qeyd olunan nöqsanlara ciddi diqqət yetirməlidirlər. 


Hazırda fəaliyyətdə olan qaydalara əsasən AŞ-ın istənilən üzv dövlətində demokratiyanın vəziyyəti, insan hüquqları və qanunun aliliyi ilə bağlı öhdəliklərin icrası məsələləri baş katib tərəfindən və ya AŞPA-nın tövsiyəsi əsasında NK-nin gündəminə gətirilə bilər. Bu müstəvidə son tövsiyə 2009-cu ildə Serbiya ilə bağlı qəbul edilmiş və ümumilikdə, 1997-2010-cu illər ərzində 88 məruzədən yalnız 35-i tövsiyə ilə müşayiət olunmuşdur. Bu səbəbdən Monitorinq Komitəsi 4 sentyabr tarixli yığıncağında hər dəfə AŞPA tərəfindən monitorinq məruzələri müzakirə olunarkən tövsiyə layihəsinin qətnamə layihəsi ilə birlikdə təqdim edilməsi barədə razılıq əldə edilmişdir.
Təklif edilən tövsiyənin standart mətni müxtəlif ölkələr üzrə həmməruzəçilərin təklifi əsasında daha spesifik bəndlərlə tamamlana bilər.
Yığıncaqda komitə üzvlərindən Luca Volonte ayrıca ölkələrin və onların səfirlərinin tövsiyə fikrini digər ölkələrin məcburi idarəçiliyi kimi hesab etdiyindən ayrı təkliflə çıxış etmişdir. Onun təklifinə görə, hər hansı ölkəyə dair monitorinq məruzəsinin qətnaməsinin təsdiqlənməsindən sonra Monitorinq Komitəsinin, həmçinin AŞPA sədrinin birgə məktubu əsasında təsdiqlənmiş qətnamə Nazirlər Komitəsinə və baş katibə təqdim edilməli və onlardan məruzəçilərlə birlikdə həmin qətnamənin icrasını izləmələri xahiş olunmalıdır.
Əlbəttə, Nazirlər Komitəsinin tövsiyəsi ilə AŞPA tərəfindən qəbul edilən məruzəyə birbaşa nəzarət etməsi Parlament Assambleyasının müstəqil fəaliyyətinə tamamilə zidd olduğundan komitə üzvləri tövsiyə ilə bağlı təklifə öz etirazlarını bildirmiş və səsvermə zamanı L. Volontenin təklifi yekdilliklə qəbul edilmişdir.
Komitənin növbəti yığıncağı bununla da öz işini başa çatdırmışdır”.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları