AŞPA-da Azərbaycanda “siyasi məhbus” məsələsi ilə bağlı qətnamə …

Avropa Şurası Parlament Assambleyasında almaniyalı deputat Kristof Ştrasserin Azərbaycanda “siyasi məhbus” məsələsi ilə bağlı hazırladığı qətnamə layihəsinin əleyhinə səs verənlər əslində Avropa dəyərlərinə, ədalətə, hüququn aliliyinə hörmət nümayiş etdirdilər.
AzərTAc xəbər verir ki, bu sözləri AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvü, Milli Məclisin deputatı Elxan Süleymanov yanvarın 25-də keçirdiyi mətbuat konfransında söyləmişdir.


E.Süleymanov bildirmişdir ki, K.Ştrasser hazırladığı məruzədə həbsdən azad olunanları, terrorçuları, qatilləri, xüsusilə ağır cinayətlər törətmiş şəxsləri “siyasi məhbus” kimi təqdim etmişdir. Almaniyalı deputat Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqe tutmuşdu. O, məruzəçi olduğu müddətdə Azərbaycan ilə əməkdaşlıq etməmiş və obyektiv araşdırma aparmamışdır. Bu səbəbdən də avropalı deputatların böyük əksəriyyəti qətnamə layihəsinin əleyhinə səs verdilər, beləliklə də ayrı-seçkiliyə, ikili standartlara qarşı çıxdılar. Bu isə haqqın və ədalətin zəfəridir.
E.Süleymanov demişdir ki, hələ 2001-ci ildə Avropa Şurasının (AŞ) müstəqil ekspertləri tərəfindən Azərbaycanda ehtimal olunan “siyasi məhbus”larla bağlı meyarları əks etdirən qətnamə layihəsi hazırlanmışdır. Bu meyarlar qurumun bütün üzv dövlətlərinə deyil, təkcə Azərbaycana şamil edilmişdir. AŞ-yə üzv olan 47 ölkədən yalnız Azərbaycanda siyasi məhbus məsələsinin araşdırılması ölkəmizə qarşı münasibətdə ikili standartın olduğunu göstərirdi. 
AŞPA-nın növbəti qış sessiyasında Azərbaycan ilə bağlı iki məsələnin müzakirə olunduğunu diqqətə çatdıran E.Süleymanov həmməruzəçilər Pedro Aqramund və Cozef Debono Qrexin hazırladığı məruzənin yüksək səs çoxluğu ilə qəbul edildiyini demişdir. Bildirilmişdir ki, ölkəmizin AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı dördillik hesabatı əks etdirən sənəd təşkilatın Monitorinq Komitəsinin hələ dekabrın 12-də keçirilən iclasında müsbət qiymətləndirilmiş, demək olar ki, heç bir əlavə və dəyişiklik olmadan qəbul edilmişdir.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları